hemle

ŞƏHID OLMAQ ÜÇÜN DOĞULANLAR KAMRAN ORUC OĞLU MUSTAFAYEV

Tarix:23-05-2024, 14:15
Baxış Sayı:774

ŞƏHID OLMAQ ÜÇÜN DOĞULANLAR  KAMRAN ORUC OĞLU MUSTAFAYEV
Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş
Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında Qalib Azərbaycan Ordusu
işğalçı Ermənstanın illərlə davam edən təxribatlarını və yeni işğal planlarını alt-üst etdi.
Qarabağın 30 ilə yaxın bir dövrü əhatə edən
işğalına son qoyan, Zəfər yürüşümüz 27
sentyabrdan başladı. Nəhəng Azərbaycançılıq ideologiyasının ətrafında dəmir yumruq kimi birləşən xalqımız və Ordumuz 44
gün davam edən Zəfər yürüşündə Müzəffər
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şərəf və ləyaqətimizi
təsdiq etdi! Ərazi bütövlüyümüz uğrunda apardığımız mücadiləni
qazandıq!
Şanlı qələbədə ruhu şad olan qəhrəmanlardan biri də Kamran
Oruc oğlu Mustafayevdir.
Mustafayev Kamran Oruc oğlu 1974-cü il noyabr ayının 29-da
Güllük kəndində anadan olub. Güllük kənd natamam orta məktəbini
bitirdikdən sonra təhsilini Qax Texniki Peşə məktəbində davam etdirir. Traktorçu-maşinist peşəsinə yiyələnir. Təhsilini başa vurduqdan
sonra Kamran kəndə qayıdaraq kolxozda əmək fəaliyyətinə başlayır.
1993-cü ildə Kamranın ordu həyatı başlayır. Əvvəlcə Tərtər ərazisinə
göndərilir. Murovdağ istiqamətində aparılan əməliyyatlarda iştirak
edir. Daha sonra Kəlbəcəri geri qaytarmaq üçün hazırlanan çox mühüm
əməliyyatda iştirak edir. Lakin xəyanət nəticəsində döyüş uğursuz olur.
Qoşunlarımız xeyli canlı qüvvə və texnika itirir. Kamran da bu döyüşdə
qəhrəmancasına şəhid olur. Qəhrəman Şəhidimiz Güllük kəndindəki
Şəhidlər Xiyabanında uyuyur.
İgidlər Ölməz!

Hülya Şıxızadə

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir