hemle

Torpaq - uğrunda ölən varsa Vətəndir! Azərbaycanın Milli Qəhrəmanı Cavanşir İzzət oğlu Rəhimov

Tarix:19-02-2024, 17:30
Baxış Sayı:8

Torpaq - uğrunda ölən varsa Vətəndir! Azərbaycanın Milli Qəhrəmanı Cavanşir İzzət oğlu Rəhimov
Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi və Şanlı Ordumuzun sayəsində qazandığımız qələbənin verdiyi qürur hər bir azərbaycanlının üzündə hiss olunmaqdadır... Qələbə bizim milli mənliyimizi, şərəfimizi, ləyaqətimizi özümüzə qaytardı. Azərbaycan dövləti hərbi və siyasi istiqamətdə mənfur Ermənistanı diz çökməyə məcbur etdi. Erməni faşizmini susduran 44 günlük müharibə dünya hərb tarixində ən yaddaqalan səhifələrə çevrildi. 44 gün davam edən Vətən müharibəsinin hər anı şanlı tariximizin bir səhifəsidir. Bu müharibədə hər bir
azərbaycanlı iştirak etdi. Cənab Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Şanlı ordumuz 44 gün ən qızğın şəkildə haqq işi uğrunda qələbə qazanmaq üçün canları və qanları ilə vuruşdular, Azərbaycan tarixinin zəfər səhifəsini yazdılar. Yaddaşımıza pərçimlənən “qaçqın, didərgin” kəlmələrini silib atdılar. 30 illik vətən, torpaq həsrətinə, yurd-yuva nisgilinə son qoyuldu. Bir xalq olaraq qalib ölkənin vətəndaşı sevincini yaşadıq. Odlar yurdumuzun cəsur qəhrəmanlarından biri də əslən Qax rayonunun Qaşqaçay kəndindən olan Azərbaycanın Milli Qəhrəmanı Rəhimov Cavanşir İzzət oğludur. Cavanşir İzzət oğlu Rəhimov 1973-cü il iyul ayının 5-də Qaşqaçay kəndində anadan olub. Körpə ikən valideynləri Bakı şəhərinə köçür. Cavanşir Qaraçuxur qəsəbəsində böyüyür. İbtidai təhsilə ilk addımlarını Qaraçuxur qəsəbəsindəki 104 saylı məktəbdə atır. Məktəbin səkkizinci sinfini bitirdikdən sonra peşə məktəbinə qəbul olunur və inşaatçı peşəsinə yiyələnir. 1989-cu ildə peşə məktəbini bitirən Cavanşir artıq öz peşəsinin ustası idi. O, həm də idmanla məşğul olduğundan artıq idmançı kimi də nüfuz qazanmışdı. İdmanın karate növü ilə məşğul olan Cavanşir az müddət ərzində idman ustası normasını ödəmişdir. Dəfələrlə idman yarışlarında mükafatlara layiq görülmüşdür. 1992-ci ilin aprelində Azərbaycan Milli Ordusuna çağrılmış, müstəqil respublikanın yenicə yaranmağa başlayan hərbi hava qüvvələrində xidmət etmiş, hərbi vertolyotun bort atıcısı olmuşdur. 1992-ci il avqustun 6-da Ağdərə rayonunda erməni işğalçılarının mövqeyinə ikinci uğurlu uçuşdan sonra əlləri qarsalansa da tibbi yardımdan sonra təkidlə üçüncü uçuşda iştirak etmişdir. Həmin uçuşda ermənilər “Mİ-24” vertolyotunu raketlə vurmuş, lakin
döyüşçülərimiz düşmən mövqelərini bombalayaraq, yaralıları və həlak olan əsgərlərimizin nəşini götürməyə müvəffəq olmuşlar. Ancaq hərbi vertolyot öz mövqeyinə 200-300 metr qalmış yerə dəyərək alovlanmışdır. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 14 sentyabr tarixli Fərmanı ilə C.Rəhimov Milli Qəhrəman fəxri adına layiq görülmüşdür. Böyüyüb, boya -başa çatdığı doğma Qaraçuxur qəsəbəsindəki küçələrdən birinə, vaxtilə oxuduğu orta məktəbə -xarici dil təmayüllü gimnaziyaya, ata-baba yurdu olan Qaşqaçay kəndindəki mədəniyyət evinə C. Rəhimovun adı verilmişdir. Onun haqqında oçerklər, şeir yazılmış, radio və televiziya verilişləri, sənədli film hazırlanmışdır. Biz səninlə fəxr edirik, qəhrəman
Şəhidim!
Səhər.

Digər xəbərlər
11:07 Parkinson xəstəliyi ilə bağlı vacib məqam
11:03 Abşeron, Qobu və Masazırda silah-sursat aşkarlandı
10:42 Trampın nümayəndəsindən qurxunc təklif - Ukrayna 3 yerə bölünsün
10:39 Tələb çox, say az: Bakıda evlərin bahalaşması qaçılmazdır
10:33 Yeni DƏLƏDUZLUQ: Xəbəriniz olmadan adınıza necə kredit götürürlər?
10:30 "Crocus"dakı terror aktının dəhşətli TƏFƏRRÜATI: Təkcə odlu silahdan istifadə edilməyib
10:23 Mövqelərimiz Basarkeçər və Gorus istiqamətlərindən atəşə tutuldu
10:20 Bakı əhalisi üçün həyəcan anonsu