hemle

UĞRUNDA FƏDA OLDUĞUN QARABAĞ BIZIMDIR, ŞƏHIDIM! MURTUZ RAMAZAN OĞLU NURMƏMMƏDOV

Tarix:23-05-2024, 13:19
Baxış Sayı:740

UĞRUNDA FƏDA OLDUĞUN QARABAĞ BIZIMDIR, ŞƏHIDIM!  MURTUZ RAMAZAN OĞLU NURMƏMMƏDOV
Analar var aramızda-məzar daşlarını oxşamaqdan əlləri daşlaşan.
Məzarına layla deyər ana ... ürəyinə əbədilik hakim kəsilən acı bitməz. Gecələr də
layla deyər, gündüzlər də... Laylalar içində
bir dünya yaradar şəhid oğluna, analar...
Agrısı da böyük, acısı da, qüruru da, şərəfi
də... 100 illərlə oğul həsrəti ilə qıvrılan analardan soruşan olsa: təkrar oğlunu şəhid
olmağa göndərərsənmi?-cavab birmənalı, əzəmətli və qətiyyətli olacaq-Bəli! Biz
oğulları Vətən üçün böyütdük.
Zəfər sorağından ruhu şad olan şəhidlərimizdən biri də Birinci
Qarabağ müharibəsinin qəhrəmanı Nurməmmədov Murtuz Ramazan oğludur.
Nurməmmədov Murtuz Ramazan oğlu 1968-ci il aprel ayının 23-
də Qum kəndində anadan olub. Kənd orta məktəbini bitirdikdən
sonra Zaqatalada sürücülük məktəbində oxuyub.
Qarabağda gedən döyüşlər Murtuzu rahat buraxmır. O, 1994-cü il
aprelin 27-də artıq cəbhədə idi, Ağdərə, Füzuli, Tərtər istiqamətlərində vuruşurdu. Mayın 5-7-də onun olduğu mövqelərdə ağır döyüşlər
gedir. Şiddətli atışma ertəsi gün də davam edir, Murtuz Nurməmmədov qələbə sevincini dadmamış döyüşlərdə aldığı güllə yarasından
Şəhid olur. Onun cibindən tapılmış dəftərçədə xidmət etdiyi taborun
döyüş əməliyyatları barədə qeydlər var. Azğın düşmənlə vuruşmaqla yanaşı, səngərdə gündəlik yazmağa da macal tapması igid əsgərin
daxili nikbinliyindən, sabaha inamından xəbər verir.
Murtuz Nurməmmədov Qum kəndində torpağa əmanət edilib.
Ruhun şad olsun!

ŞƏHID OLMAQ ÜÇÜN DOĞULANLA

Hülya Şıxızadə

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir