hemle

Qəhrəmanlar unudulmur.

Tarix:25-04-2024, 12:30
Baxış Sayı:669

Qəhrəmanlar unudulmur.


Bu gün Birinci Qarabağ savaşının qəhrəmanı Sərdar Sadıqovun anası Təyarə ananın 75 yaşı tamam oldu. 30 ildir Sərdarsız yaşayır Təyarə ana. Sərdarın şəhadətindən sonra soyuq yanvar gecələrində oğlunun məzarı iə baş-başa yataraq ovutdu özünü. Qışın sazağı onu üşütdükcə kürəyindəki yun ədyalı Sərdarın məzarına bürüyüb Təyarə ana... Beləcə... doğmalaşıb , alışıb bala dağına... Qara saçlarına həmin yanvar gecəsinin bəyazları qonub əbədilik... Ürəyinə sağlıq diləyirəm Əziz Şəhidimin Anası ! Qəhrəman balanın ruhu şad olsun!...
Sadıqov Sərdar Beytulla oğlu 1974-cü il oktyabrın 12-də Cəlilabad rayonunun Eçara kəndində anadan olub. Ömür yolu qısa olacağını sanki hiss edibmiş kimi valideynləri, doğmalrı Sərdarın alın yazısını, tale yolunu dəyişmək üçün fələyi çaşdırmaq istəyiblər. Dünyaya gözünü açanda adına Sərdar deyiblər. Söz babasına düşəndə “adı Fikrət olsun” deyib. 1981-ci ildə Eçara kənd orta məktəbinin birinci sinfinə gedib Sərdar. Rəsmi adı Sərdar olsa da məktəb yoldaşları onu Fikrət kimi tanıyıblar. Ailədə 3-cü uşaq olan Sərdar valideynlərinin qəlbində özünəməxsus yer tutub. Mehriban xasiyyəti ilə hamının sevimlisi olub. Məktəb illərində də bir çox yüksək keyfiyyətləri ilə müəllimlərin rəğbətini qazana bilib. 8-ci sinfi bitirdikdən sonra təhsilini Salyan rayonunun Pambıq kəndində davam etdirib. Orta məktəbi bitirdikdən sonra Sərdar yaşı çatmasa da ərizə ilə müraciət edərək hərbi xidmətə yollanır.
Qəlbinin hər atışında vətən üçün narahat olan Sərdar cəbhənin ən qaynar nöqtəsinə gəlir. Ağdərənin bir çox kəndlərinin düşməndən müdafiəsi uğrunda aparılan döyüşlərdə iştirak edir. Döyüşlər nə qədər ağır və həyəcanlı olsa da Sərdar bu mübarizədən yorulmur, usanmır.1994-cü il yanvarın 4-də Madagiz uğrunda gedən döyşdə Sərdar qəhrəmancasına şəhid olur.
Sərdar Sadıqovun nəşi Cəlilabadda ana torpağa tapşırılıb. Varlığı vətənə sədaqət və məhəbbətlə yoğrulan Sərdar Sadıqovun xatirəsi heç vaxt unudulmayacaq!
Səhər Şıxəli

Digər xəbərlər
09:55 Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
09:52 Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Video
09:50 Bünövrədən, yoxsa hazır binadan mənzil alaq? - Hansı daha SƏRFƏLİDİR?
09:46 Sağlam uşaq doğan ən uyumlu qan qrupları
09:43 Göyərçinlər xəstəlik yayır - Alimlərdən XƏBƏRDARLIQ
09:37 Çindən Rusiyaya gözlənilməz ZƏRBƏ - İmtina prosesi başladı
09:34 Bu gün xristian aləmi Pasxa bayramını qeyd edir
09:30 Dubay şokoladı ABŞ və İranı PROBLEMLƏ ÜZLƏŞDİRDİ