hemle

Şəhidlər unudulmur

Tarix:16-02-2024, 12:51
Baxış Sayı:8



Xəqani Sabir oğlu Quliyev 1973 cü ildə sentyabr ayının 1-də Ağcabədi rayonunun Avşar kəndində anadan olub. 1980-cı ildə Avşar kənd “Nizami” adına məktəbin birinci sinfinə daxil olub. Orta məktəbi bitirdikdən sonra Xəqani həqiqi hərbi xidmətə çağrılıb. Hərbi xidmətini həqiqi döyüş meydanında keçib. Tarixi düşmənlə üz-üzə... Ağdərə uğrunda gedən döyüşlərdə Xəqani qorxmadan, cəsarətlə düşmənlə mübarizə aparıb. Bir sıra kəndlərin-Kasapet, Drambon, Sırxavənd, Canyataq, Gülyataq, Horataq və Çıldıranın alınmasında Sərsəng Su Anbarı uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıqlar döyüş yoldaşalrının xatirəsində əbədi izlər qoyub.
Xəqani doğmalarının xatirələrində də özünəməxsus izlərlə yaşayır. Bacısı Vəsilə xanımın xatirələrində Xəqani hər gün var, hər xatirədə Xəqani bir özəlliyi ilə xatırlanır. Usaqlıqdan istedadı, qeyri-adi, mətn xarkteri, dəqiqliyi və ailəsinə qarşı hədsiz sevgisi ilə fərqlənib. Həm də təkcə ailəsinə deyil elinə-obasına bağlı olub Xəqani. Musiqiyə marağı və istedadı olub. Gitarada xüsusi məharətlə ifa etməyi bacarıb. Vəsilənin xatirələtindən:”Həyətimizdə palatka qurmuşdu. Heç vaxt sökülmürdü o plataka. Xəqani musiqiyə həvəsi olan dost-tanışını yığırdı ora. Özü gitarada ifa edirdi, bacaranlar, qabiliyyəti olanlar da onu nağarada müşaiyət edirdilər. Xəqaninin sayəsində həmişə həyətimizdən çal-çağır sədası gəlirdi sanki toymuş kimi... Ailəsinə, dünyada hər kəsdən çox sevdiyi anasına, əziz atasına toyunun sədalarını əvvəlcədən hədiyyə edib Xəqani doya-doya dinlənsin.. unudulmasın...
Oxuduğu məktəbdə də hamiya nümunə, görk olub. Bütün dərslərindən müvəffəq qiymətlər, nümunəvi davaranışla . Atası Sabir müəllim Xəqani ilə fəxr edib, qürur duyub. Amma bilməyib bu hələ başlanğıc olduğunu.
Xəqaninin anası Safura xanıma olan münasibəti də bir fərqli olub. Safura ananın qardaşı olmayıb. Nədən, hansı duyğudan qaynaqlanıb bilən olmayıb. Xəqanini özünə qardaş bilib. Deyib özünə həm qardaşımsan, həm oğlum! Mehribanlıq, ana-bala sevgisi o qədər sərhədsiz olub ki bir- birindən doymayıb bacı-qardaş kimi, dost kimi seviblər bir-birini ana-bala... Anasını qucmaqdan, qoxulamaqdan doymayıb Xəqani. Yanında bir qardaş bir oğul və dost görən Safura ananın taleyin hansı gedişi gedəcəyindən xəbəri olmasa da hərdən ana həssaslığı sözləri ilə Xəqanini əcəlin gözündən yayındırmaq istəyib. Amma fələk səbrlə bir az da möhlət verib. Daha irəlidə -səngərdə gözləyib Xəqanini Safura anasız olduğu yerdə.
Xəqani az yaşayıb, amma dolu yaşayıb ömrünü. Sonunda da imzasını qoyub- Şəhid imzasını. Bacısı Vəsilə xanım təhsil almağında valideynləri ilə bərabər Xəqaninin də əməyi olduğunu söyləyir. Orta məktəbin aşağı siniflərində atasına deyirmiş ki," siz əsas bacımın təhsil almağına fikir verin. Mən harda olsam özümü dolandıra bilərəm. Bacıma arxa-dayaq durun. "
Xəqanin hələ uşaqkən hiss olunan özgüvəni onu yaşından böyük düşünməyə və qərarlar qəbul etməyə vadar edirdi.
1994-cü il Çıldıran uğrunda döyüşlər Xəqanin ömrünün son akkordlarına qarışan güllə səsləri. Xəqanin şəhadətə qovuşması Safura ananın ümidini həyatdan üzüb. Yataqda gözləyib Xəqaniyə qovuşacağı günü. Ruhun şad olsun qəhrəman igidim!..
S. Manafova

Digər xəbərlər
09:46 Paşinyan: "Azərbaycanla sərhədin delimitasiya olunan hissələrindən Aİ missiyasını çıxarmağa hazırıq"
09:45 "WhatsApp"dan möhtəşəm funksiya: Səsli mesajlar mətnə çevrilir
09:41 ÜST-dən meymunçiçəyi ilə bağlı qərar
09:39 Avtomobilin işıq cihazına "plyonka" çəkənlərin DİQQƏTİNƏ: Cərimə gözləyir?
09:38 Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
09:36 Ukraynanın əkin torpaqları hansı ölkələrə satılıb? – İnanılmaz faktlar
09:35 Putin bu raketlərlə bağlı müşavirə keçirdi - "Dünyada onların qarşısını alacaq silah yoxdur"
09:33 İrəvan Bakıya qarşı bu iddialardan imtina etməyə hazırdır - Paşinyan