hemle

Azərbaycanda vəzifəli şəxs işdən çıxarıldı

Tarix:24-01-2022, 09:24
Baxış Sayı:210

Goranboy Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifədən azad edilib.

hemlemedia.az "Sputnik Azərbaycan"a istinadla xəbər verir ki, bununla bağlı Goranboy Rayon İcra Hakimiyyəti başçısı Məhərrəm Quliyev əmr imzalayıb. Əmrə əsasən, Sərdar İltifat oğlu Sadıqov tutduğu vəzifədən azad edilib. Həmin vəzifəyə hələ ki yeni təyinat olmayıb.

Sərdar Sadıqov Goranboy RİH-in Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinə 2019-cu ilin sentyabr ayında təyinat alıb. Həmin vəzifəyə qədər o, rayon İcra Hakimiyyətində İnformasiya təminatı və təhlili sektorunun müdiri vəzifəsində çalışıb. Vəzifədən azad edilən məmurun atası İltifat Sadıqov Goranboy rayonu üzrə Maliyyə İdarəsinin rəisi vəzifəsini tutur.

Qeyd edək ki, hazırda Goranboy RİH-də başçının birinci müavini, Memarlıq və tikinti şöbəsi müdiri – baş memar vəzifələri vakantdır.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir