hemle

VƏTƏN ÜÇÜN DOĞULAN OĞUL: MEHDI BƏHRAM OĞLU ZIYADOV

Tarix:21-05-2024, 14:13
Baxış Sayı:643

VƏTƏN ÜÇÜN DOĞULAN OĞUL:  MEHDI BƏHRAM OĞLU ZIYADOV

Xalq olaraq yaranışdan qanımızda, ruhumuzda fədakarlıq əhvalı var. Müqəddəs sandığımızı qorumaq əzmi əbədi eşq kimi sarar
qəlbimizi. Və biz hər zaman bizi AZƏRBAYCANLILAŞDIRAN fədakarlıqla bəşəriyyət üzərində ölməz bir AZƏRBAYCAN FÖVQÜ
yarada bilmişik. Oğlunu şəhid olmağa göndərən Ana kimi...
Yaralanan döyüş yoldaşını çiynində daşıyan əsgər kimi...
Şəhidini kürəyində Şuşa qalasına qaldıran qəhrəman kimi...
Gözlərində yuva quran kədərini qürurla daşıyan atasız, qardaşsız,
yarsız-yoldaşsız, oğulsuz qalan minləlrə azərbaycanlı kimi. Şəhid
oğulların Şəhid anaları kimi...
Həyat bəzən kiçik təsadüflərlə maraqlı olur. Bəzən də həyat büs
bütün təsadüf kimi xatirələrə köçür...
Qarabağ qəhrəmanlıq müharibəsinin şəhidlərindən biri də Ziyadov Mehdi Bəhram oğludur.
Ziyadov Mehdi Bəhram oğlu 1964-cü il dekabrın 10-da Qax rayonunun Qıpçaq kəndində anadan olmuşdur. Mehdi 1982-ci ildə
Qıpçaq kənd orta məktəbini bitirdikdən sonra kənddə M. Məmmədov adına sovxozda fəhlə işləmişdir. 1985-ci ildə Moldovada
hərbi xidmətdən qayıdıb Bakıda texniki peşə məktəbində mebel ustası peşəsinə yiyələnmiş, Mingəçevirdə məişət xidməti kombinatında əmək fəaliyyətinə başlamışdır. Ermənistanın ölkəmizə qəfil və
namərd hücumu Mehdini də rahat buraxmırdı. Yaşadığı balaca kənd
Qarabağdan uzaqda olsa da, onun ruhu, qəlbi artıq çoxdan döyüş
meydanında idi.
Narahat gecələr, fikirli günlər davam edirdi. Hərdən kəndə gələn
49
Mehdinin əhvalındakı pəjmürdəlik atası Bəhram kişinin diqqətindən
yayınmırdi. Və günlərin birində - 1992-ci ilin martın 13-də Mingəçevir Hərbi Komissarlığında ehtiyatda olan hərbi qulluqçuların toplantısı keçirilərkən Mehdi könüllü olaraq Milli Ordu sıralarına getmək
istədiyini bildirir. Nəhayət o, döyüşlərə qatılır və tez bir zamanda
Goranboy rayonunun Erkəç, Gülüstan, Buzluq və sair kəndlərinin
düşməndən təmizlənməsində iştirak edir. Mehdinin döyüşkən ruhu
ətrafındakı əsgər yoldaşlarına da sirayət edir. Onlar hər qarış topraq
uğrunda daha əzm və rəşadətlə döyüşə atılırdılar.
1 iyul 1992-ci ildə Füzuli rayonunun Veysəlli kəndində baş vermiş döyüş Mehdinin həyatında son döyüş olaraq qalır. Əsgərlərimizin mühasirədən çıxarılmasına böyük kömək göstərən, düşmənin
1 ədəd PDM-ni və 40-dək canlı qüvvəsini məhv edən qəhrəman əsgər bu şanlı döyüşdə özü də həlak olur. Lakin döyüş yoldaşlarının
qəlbində əbədiyyətə köçür... Mehdi Ziyadov döyüşlərdə göstərdiyi
şücaətlərə görə ölümündən sonra “Hərbi xidmətlərə görə“ medalı
ilə təltif olunub.
Mehdi Ziyadov Qax şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilmişdir. Qıpçaq kənd tam orta məktəbi şəhid Mehdi Ziyadovun şərəfli adını daşıyır. Şəhidlər ölməz, Vətən bölünməz!
Səhər Şıxəli Manaf

Digər xəbərlər
16:02 Sürücülər DİQQƏT: 40 manat cəriməsi var
15:57 İran səfirliyimizə hücum edən şəxslə bağlı qərar verdi
15:53 İrəvanın sərhəddə yeni oyunu: Qərb qüvvələri qalacaq?
15:49 Bu şəxslər 1500 manatədək cərimə ediləcək
15:47 Müəllimlər üçün güzəştli kart hazırlanır: Nələr daxildir?
10:51 SOCAR-ın "Azəriqaz" İB rəhbərliyinin növbəti vətəndaş qəbulu keçiriləcək
10:37 Ukrayna ordunu bu istiqamətdə toplayır: Rusiyaya kütləvi hücum başlayır?
09:50 Türkiyədə faciə qurbanlarının sayı YENƏ ARTDI