hemle

SÖHRAB ORUC OĞLU VƏLIYEV

Tarix:20-02-2024, 11:40
Baxış Sayı:17


İllər öncə, hələ müharibə yenicə başlayanda nənə-babalarımızdan eşitdiyimiz BöyükVətən müharibəsi haqqındakı real və acı hekayələr hələ xatirimizdə qalmaqda idi. Çox keçmədi və biz yeni şanlı tarixin şahidləri olduq. Aramızdan seçilən qəhrəmanlar düşmənlə mücadiləyə yollandı. Bizi və Vətəni qorumaq üçün. 30 ilə yaxın kifayət qədər bizim heysiyyat və mənəviyyatımızı yaralayan nəhəng Qarabağ yarasının çözülməsi qəfil və gözlənilməz oldu. Biz qalib olduq! Minlərlə qəhrəmanımız şəhadətə yüksələrək Qarabağı geri aldılar. Birinci Qarabağ müharibəsində şəhid olan qəhrəmanlarımızdan biri və Qaxın ilk şəhidi olaraq geri dönən oğullarından birincisi Vəliyev Söhrab Oruc oğludur. Vəliyev Söhrab Oruc oğlu 1963-cü il yanvar ayının 20-də Zərnə kədində anadan olub. 1970-ci ildə Zərnə kənd orta məktəbinin birinci sinfinə daxil olur. 1980-ci ildə məktəbi bitirir. Orta təhsilini başa vurduqdan sonra Sovet ordusu sıralarına hərbi xidmətə yollanır. Ordudan tərxis olunduqdan sonra Xəzər Neft Donanmasının gəmilərindən birində mühərrik ustası kimi əmək fəaliyyətinə başlayır. Söhrab Qarabağda baş verən hadisələri diqqətlə izləyirdi. Ermənilərin
hər gün daha da çoxalan özbaşınalıqları onu da məyus edirdi. 1991-ci il noyabrın 23-də məzuniyyətə çıxan Söhrab Qarabağ müharibəsinə getmək üçün könüllülərdən təşkil olunan “Abşeron” dəstəsinə üzv yazılır. Onun ilk döyüşü Xocavənd rayonunun Kuropatkin, Əmralılar kəndləri yaxınlığında baş verir. Bu döyüşdə o, özünü bacarıqlı döyüşçü kmi təsdiq edərək qumbara ilə ermənilərin 40zirehli döyüş maşınını sıradan çıxarır. Söhrab iştirak etdiyi bütün döyüşlərdə ozünü qorxubilməz, mərd, cəsarətli və vəziyyəti tez nəzarətə almağa bacaran, çətin anlarda da dəqiq və doğru qərar çıxaran bir döyüşçü kimi tanıdır... Naxçıvannik kəndi uğrunda gedən döyüşdə Söhrab xüsusi igidlik göstərir. Lakin bu döyüş onun son döyüşü olur. Düşmən gülləsi onu yaxalayır. Söhrabın nəşi düşmən tərəfdə qalır. Lakin, çətinliklə də olsa, 4 erməni girovuna dəyişdirilməsi mümkün olur. Söhrab Qaxın Qarabağ uğrunda həlak olan ilk şəhid oğludur. Zərnə kənd orta məktəbinə, vaxtilə işlədiyi gəmiyə Söhrab Vəliyevin adı verilmişdir.
Hülya Şıxızadə

Digər xəbərlər
11:07 Parkinson xəstəliyi ilə bağlı vacib məqam
11:03 Abşeron, Qobu və Masazırda silah-sursat aşkarlandı
10:42 Trampın nümayəndəsindən qurxunc təklif - Ukrayna 3 yerə bölünsün
10:39 Tələb çox, say az: Bakıda evlərin bahalaşması qaçılmazdır
10:33 Yeni DƏLƏDUZLUQ: Xəbəriniz olmadan adınıza necə kredit götürürlər?
10:30 "Crocus"dakı terror aktının dəhşətli TƏFƏRRÜATI: Təkcə odlu silahdan istifadə edilməyib
10:23 Mövqelərimiz Basarkeçər və Gorus istiqamətlərindən atəşə tutuldu
10:20 Bakı əhalisi üçün həyəcan anonsu