Azərbaycan xalqını dünya xalqları arasında bənzərsiz edən ən başlıca xüsusiyyət bizim
milli qürurumuzdur. Bizi biz edən, minilliklərin sınağından bütöv və mətin çıxaran milli
dəyərlərimiz, torpaq, vətən təəssübkeşliyimizdir. Hər gün Vətən uğrunda qanımızı axıtsaq
da, yenə sabah torpaq uğrunda ölümə getməyə, ölüb-öldürməyə hazırıq! Bax, budur bizim amalımız! Ona görə də şəhid olanda da,
qalib olanda da, həmişə əzəmətliyik, düşmənin bağrını yaranıq!
Möhtəşəm qələbədə Birinci Qarabağ müharibəsinin döyüşçüsü şəhid
Musayev Soltan Əziz oğlunun da payı var...
Musayev Soltan Əziz oğlu 1965-ci il yanvarın 17-də Güllük kəndində
anadan olub. Onun şərəfli ömür yolundan yazmaq çətin, məsuliyyətli
və qürurludur. 1982-ci ildə Güllük kənd orta məktəbini bitirmiş, bir il
sonra sovet ordusuna çağrılmışdır. Hərbi xidməti başa vurub vətənə
qayıdan Soltan Bakıdakı 55 nömrəli texniki peşə məktəbində mexanik,
19 nömrəli məktəbdə isə avtomobillərin elektrik avadanlığına texniki
xidmət və təmir üzrə mexanik peşələrinə yiyələnir.
Azərbaycanın bağrı qan ağlayan bir zamanda - Qarabağın nankor
qonşularımız tərəfindən yağmalandığı vaxtda Soltan sakitcə kənarda
qala bilmirdi. O, silah götürüb ön cəbhəyə gedərək düşmənin başını əzmək ,elini-obasını fəlakətdən xilas etmək eşqi ilə yanırdı. Nəhayət, Soltan 1993-cü ilin dekabrında könüllü olaraq Milli Orduya gedir. Əvvəlcə
Füzuli rayonunun Aşağı Veysəlli kəndində vuruşur. Daha sonra Beyləqan-Horadiz istiqamətində gedən döyüşlərdə iştirak edir. 1994-cü ilin
yanvarında daha beş nəfər həmkəndlisi ilə birlikdə Beyləqan istiqamətində gedən döyüşdə şəhid olur.
Soltan Musayev Güllük kəndindəki Şəhidlər Xiyabanında torpağa
əmanət olunub.
Şəhid məzarları ən müqəddəs ziyarətgahlardır
SəhərŞıxəli