hemle

Şəhid gəlir Qaxa...

Tarix:19-02-2024, 10:00
Baxış Sayı:2



(Səhər Manafova)

Bir anaya deməyin!
Qolları boş qalıb,
Bağrında yara açılıb, yarasına duz basılıb...
Balasının boyundan, yaraşığından,
Qoynunda həniri qalan,
Qoxusundan doymamış igid oğlu,
Nər balası Şəhid olub ona gəlir.
Şəhid gəlir Qaxa...
Qulaqlarda uğuldayır bu səs-səda,
Asılı qalıb çarəsiz yanaqlarda,
Bu xəbəri eşidən hər qaxlının əlləri...
Əllər bilmir göyə qalxsın,
Əllər bilmir dua etsin,
Yanaqlarda yuvarlanan,
Göz yaşlarınımı tutsun.
Hər kəs çaşqın, dolğun...
Dəli sükut çöküb dağa-daşa...
Şəhid gəlir Qaxa...
Qulaqlarda, beyinlərdə hakim fəryad,
Əsir düşüb bu ağrıya, bu acıya sanki həyat!..
Ürəkləri xəncər kimi doğramaqda,
Çalın-çarpaz şırımlar da ağlamaqda...
Qaxa gələn ilk Şəhidin acısına...
Bir anaya deməyin- sənin oğlun Şəhid olub.
Ona deyin- oğlun Vətən olub, Torpaq olub.
Ürəklərdə bir taxt qurub,
Yaddaşlara yoldaş olub.
Hər döyünən ürəklərdə
Onun nəfəs payı, həyat payı,
Hər parlayan üfüqlərdə onun arzuları,
Yarım qalan ömür yolu bizim önümüzdə.
O bizimlə yol gedəcək , o bir mayak ömrümüzdə.
Hər oğlunun nəfəsinə darıxanda,
İzlərini axtaracaq, əl sürəcək,
Balasının barmaqları toxunduğu divarlara.
Bağçadakı ağaclara, cığırdakı çınqıllara
Ağı deyib, dil tökəcək...
“-Balamı qaytarın mənə,
Ay balamı aparan yollar...”
Balasının saçına tumar,
Yanağına sığal çəkən əllərini
Qoyacaq qoynuna Ana!
Bir anaya deməyin...
Oğlun gedib -qayıtmayıb.
Cığırlarda qalan izi,
Yavaş-yavaş pozulacaq,
Yağış yuyub aparacaq.
Qapınızın dəstəyində,
Həyətdəki ağacların budağında
Çöküb qalan əllərinin
hənirtisi soyuyacaq...
Oğlu vətən olan Anam
Oğlu Şəhid, Şəhid Anam!
Üfüqlərdə doğan günəş,
Bütöv Vətən- hər birimiz sənin balan.
Bizlər Sənə, Sən də bizə arxalan.
Acımızı qoşa cəkək,
Şəhid olan igidinə bir ağını sən deyəndə.

Birini də biz deyək.
Yaran bizim yaramızdı,
Balan bizim balamızdı.
Sən Şəhidin Anasısan!
Oğlun fəda olan Torpaq,
Vətən bizim anamızdı!

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir