hemle

İlk Laylamız - adı VƏTƏN

Tarix:19-02-2024, 09:30
Baxış Sayı:3



Əllərimiz hələ isti ovuclarda sıxılanda, dizlərimiz təpər tutmamış ağlımıza dolan bir doğmalıq var: Vətən adlı... Kim söylədi, anlatdı bilə bilmərik. Anamızın südüylə, laylasıyla qanımıza yeridi, canımıza -iliyimizə işlədi, Vətənlə doğulduq ilk başdan...Müqəddəslərimizi sayanda Ana və Vətən kəlmələri bəzənyerini dəyişdi. Amma mənəvi dəyərini, ruhumuza dua kimioxunan ilahi əzəmətini heç dəyişmədi. Bəzən ANA VƏTƏN,bəzən də VƏTƏN ANA oldu bizə...
İlahi həqiqətlər təhlilə buraxılmaz, olduğu kimihər kəsin ruhunda süzülübdərk olunar. Heç vaxt valideynimizdən təpki almadıq: Bax ha Vətən müqəd-
dəsdir!.. Amma əvəzində hər birimiz heç olmasa ömrümüzdə bir dəfə olsuntorpağı ovuclarımızdasıxıb onunla dilsiz, cismani ünsiyyətə girdik. “Mən”
imizin məhz ondan ibarət olduğunu dərk etdik... Bəs onda niyə sevməyək torpağımızı, canımızı ona fəda etməyək? Bizi-biz edən, bizdən yoğrulan, bizim yoğrulduğumuz bu ilahi qisməti?.. Müharibənin necə acı bir fəlakət olduğunu hələ tam dərk edib bitirməmiş, artıq ilk şəhidlərimizi dəfn tməyə başladıq... Və beləcə alışdıq ŞƏHİDLƏŞMƏYƏ...
Başladığımız yol bizi zirvəyə qədər apardı. Şuşa zirvəsinə qədər.Qələbə zirvəsinə qədər...Başladığımız yol Azərbaycan tarixinin yeni, həm də, qanla
yazılan şərəfli qələbəsini doğuran qəhrəmanlıq səhifələri idi.Yaşadığımız hər anı şəhidlərimizə borcluyuq. Fərqi yoxdu-sənin qardaşın, mənim atam... Fərhad olsun adı... ya Şıxəli, yaPolad... Qarabağ fədaisi olsun... Yaranan yeni nəslə edilən dualardan ən fərəhlisi olacaq bu... Ruhunuz daha da pərvaz, şad ...İnsanlığın fövqündə duran Şəhidlərim...Qəhrəmanliq tarixmizin yeni səhifəsi olan Qarabağ müharibəsinin şəhidləri bütöv bir nəsildir: Ata şəhid, oğul şəhid vəşəhid oğlu... Bəşəriyyətin ən dramatik müharibə səhnəsi Qarabağdan keçdi. Əbədi tarixi izlərlə... Qarabağ müharibəsi təkcətariximizə iz qoymaqla kifayətlənmədi. Həm də, məişətimiz,mədəniyyətimiz, sosial təfəkkürümüz də dəyişdi. Bizi yenidən,bir-birimizə daha bağlı olaraq, dərd bölüşmək vərdişi ilə, dərdi neytrallaşdırmaq bacarığı ilə Vətən adlı böyük bir ortamı evimiz anlamağı öyrətdi. Babək, Koroğlu, Qaçaq Nəbi sırasıyla
gələn qəhrəmanlıq şəcərəsinə yeni adlar əlavə etdi: Polad, Şıxəli, Cavanşir, İlqar, Qoşqar... və s. öz elinin, öz obasının, nəsilşəcərəsinin qəhrəmanı olan oğullar...Ağrılar hələ ürəklərdə kütləşməyib, göz yaşları hələ yanaqlarda süzülməkdə... Bu müharibənin birinci acı işgəncəsidir. Heç unudulmayan, köhnəlməyən, silinməyən... Zaman yaraların üstünü bağladıqça, şəhid olmaqdan qorxmayan xalqımın yeni qəhrəmanlıq nəğmələri, şücaət bayatıları, tərənnüm dastanları yaranacaq - Qarabağ qəhrəmanlarının şərəfli adına...Qarabağ savaşı milli mənliyimizin şərəfi, ləyaqəti oldu. Hər
kəs Qarabağlı Azərbaycanlı olmağı ilə qürur duymaqda. Mücadiləmiz də məqsədimiz qədər bütöv, dürüst və sərt! Düşünmədən ölümün üstünə atılan oğullar gəldi meydana. Ölümü öz qanlarıyla susduran və boğan oğullar... Qalib oğullar, Şəhid oğullar... Bu günlərdə aramızda yaşayan qara və şahanə libasda gəzən anaların oğulları... Şəhid oğulların və Şəhid anaların ölməz ruhlarının qarşısında baş əyirəm... Şəhidlər bizim milli birliyimizin simvolu, fiziki və şərəf gücümüzün təmsilçiləridir. Azərbaycan adlı məmləkətimin hansı bölgəsindən olursa-olsun, mənim Şəhidimdir. Acısı ürəyimdə,
qəhəri boğazımda, göz yaşları yanağımdadır. Azərbaycanın kiçik bir parçası olan vüqarlı Qaxımın şəhid və müharibədən geri qayıtmayan qəhrəman oğullarına ithafən başladığım bu layihəni... Birinci Qarabağ müharibəsində 20 minə yaxın şəhid, 3890 itkin və 100 min yaralı verən, Vətən
müharibəsində isə 2908 şəhid, 6 itkin və yüzlərlə yaralısı olan Azərbaycanımın şəhidləşən ruhuna and olsun! Xatirəniz və qəhrəmanlığınız heç vaxt unudulmayacaq... Xəyalımızı gerçək tarixə çevirən qəhrəmanlarımızın ruhu qarşısında ehtiramımı ifadə etmək üçün düşünürəm ki, onların
sadə, lakin olduqca şərəfli və çox qısa olan ömür yolları barədə yazacağım sətirlər yetişməkdə olan gənc nəslə qəhrəmanlıq nü-
munəsi olan əfsanələrimiz barədə kiçik də olsa bir dəyər olacaq.
Səhər Manafova

Digər xəbərlər
09:46 Paşinyan: "Azərbaycanla sərhədin delimitasiya olunan hissələrindən Aİ missiyasını çıxarmağa hazırıq"
09:45 "WhatsApp"dan möhtəşəm funksiya: Səsli mesajlar mətnə çevrilir
09:41 ÜST-dən meymunçiçəyi ilə bağlı qərar
09:39 Avtomobilin işıq cihazına "plyonka" çəkənlərin DİQQƏTİNƏ: Cərimə gözləyir?
09:38 Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
09:36 Ukraynanın əkin torpaqları hansı ölkələrə satılıb? – İnanılmaz faktlar
09:35 Putin bu raketlərlə bağlı müşavirə keçirdi - "Dünyada onların qarşısını alacaq silah yoxdur"
09:33 İrəvan Bakıya qarşı bu iddialardan imtina etməyə hazırdır - Paşinyan