“Vətən sizə övlad dedi” adlı layihənin icrası məqsədi ilə çəkiləcək “Ana laylasıyla çağırdı Vətən” adlı filmin çəkilişəri sona çatdı.. Şəhidlərimizin və qazilərimizin tanıdılması üçün “Ana laylasıyla çağırdı Vətən” sənədli filminin təqdimat tədbirlərinin keçirilməsi planlaşdırılıb. .
Filmdə iki qazi ana və onları şəhid oğullarının həyatını əks etdirən hekayəti canlandırcağıq. Beləki Rəşad Ələkbərovun anası Nailə Ələkbərova 1992-1993-cü ildə Tərtər və Ağdərə cəbhəsində döyüşüb. Sonra düşmən tərəfindən atılan və onun yaxınlığına düşən düşmən mərmisindən yaralanıb, Sevil Hüseynova isə Ağdam-Füzuli cəbhələrində işğalçılara qarşı hərbi əməliyyatlarda fəal iştirak edib. Bu iki gənc, şəhidlər Ələkbərov Rəşad və şəhid Zaur İsmayılzadə də Vətənin sevgisini qazi analarından öyrənib, vətənpərvərlik tərbiyəsini, ilk növbədə, onlardan alıblar. Filmdə hər iki ananın övladlarının mərd, igid və vətənlərini sevərək böyüməsində onların vətənpərvərlik hissi məhz qazi anaların öz oğullarına verdikləri bu tərbiyəninn əticədə onların 2020-ci il sentyabrın 27-də Vətənin azadlığı uğrunda başlanan ölüm-dirim savaşına qoşulmalarına təkan verən əsas qüvvə oldu.
Azərbaycanın yeni tarixinin yazılması bizim əsas vəzifəmizdir.
Allah rəhmət eyləsin ruhu şad olsun şəhidlərimizin!!!
Tariximizi yaradanları unutmarıq unutdurmarıq.!!!
Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə, Həqiqət Tarixi Araşdırmalar ictimai birliyinin həyata keçirdiyi “Vətən sizə övlad dedi” adlı layihənin icrası məqsədi ilə çəkiləcək “Ana laylasıyla çağırdı Vətən” filminin təqdimat tədbirləri 14 aprel 2023 cül ilı tarixində saat 11-00 da Bakı şəhərində Bakı Qızlar Universitetində, 17 aprel 2023- cü il tarixində saat 13-00 da Azərbaycan Dövlət Texnologiya Universitetində Gəncə şəhərində və 28 aprel 2023- cü il tarixində saat 12-00 da Lənkəran şəhərlərində Tibb Kollecində keçiriləcəkdir.
Layihə rəhbəri Elnarə Abbasova