hemle

“Ana laylasıyla çağırdı Vətən” adlı filmin çəkilişəri başlanıb.

Tarix:23-03-2023, 15:46
Baxış Sayı:158


Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə, Həqiqət Tarixi Araşdırmalar ictimai birliyinin həyata keçirdiyi “Vətən sizə övlad dedi” adlı layihənin icrası məqsədi ilə çəkiləcək “Ana laylasıyla çağırdı Vətən” adlı filmin çəkilişəri başlanıb. Şəhidlərimizin və qazilərimizin tanıdılması üçün “Ana laylasıyla çağırdı Vətən” sənədli filminin ilk çəkilişi 16 mart 2023- cü il tarixində şəhid Zaur İsmayılzadənin anası, müharibə veteranı Sevil Hüseynovanın evində aparılıb. Şəhid Zaur İsmayılzadənin anası Sevil xanımın dəvəti ilə Zaurun döyüş dostları, yaxınları və qohumları çəkilişlərdə iştrak edərək Zaur haqda öz xatirələrini danışdılar. Layihənin icrası Gəncə və Lənkəran şəhərində həyata keçiriləcəkdir. Tədbirlərə müharibə iştirakçıları, şəhid ailələri dəvət olunacaq. Filmin təqdimat tədbirində filmin diskləri paylanılacaqdır.
Filmdə iki qazi ana və onları şəhid oğullarının həyatını əks etdirən hekayəti canlandırcağıq. Beləki Rəşad Ələkbərovun anası Nailə Ələkbərova 1992-1993-cü ildə Tərtər və Ağdərə cəbhəsində döyüşüb. Sonra düşmən tərəfindən atılan və onun yaxınlığına düşən düşmən mərmisindən yaralanıb, Sevil Hüseynova isə Ağdam-Füzuli cəbhələrində işğalçılara qarşı hərbi əməliyyatlarda fəal iştirak edib. Bu iki gənc, şəhidlər Ələkbərov Rəşad və şəhid Zaur İsmayılzadə də Vətənin sevgisini qazi analarından öyrənib, vətənpərvərlik tərbiyəsini, ilk növbədə, onlardan alıblar. Filmdə hər iki ananın övladlarının mərd, igid və vətənlərini sevərək böyüməsində onların vətənpərvərlik hissi məhz qazi anaların öz oğullarına verdikləri bu tərbiyəninn əticədə onların 2020-ci il sentyabrın 27-də Vətənin azadlığı uğrunda başlanan ölüm-dirim savaşına qoşulmalarına təkan verən əsas qüvvə oldu.
Allah rəhmət eyləsin ruhu şad olsun şəhidlərimizin!!!
Tariximizi yaradanları unutmarıq unutdurmarıq.!!!
“Ana laylasıyla çağırdı Vətən” filminin təqdimat tədbirləri Gəncə və Lənkəran şəhərlərində keçiriləcəkdir.
Layihə rəhbəri Elnarə Abbasova



Digər xəbərlər
12:29 Bu gecə Rusiya səması: 105 pilotsuz təyyarə vurulub
12:24 Bu şəxslər hər ay 200 manat ala bilər
10:54 Ukrayna bu sənədi Aİ-yə göndərir: İçində Rusiyaya qarşı görün nələr var
10:51 “Döyüş nöqtəsinə” çatıblar: 2030-cu ilə qədər yarım milyard yeniyetmə bu xəstəliyə tutulacaq
13:21 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
13:16 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
08:33 Hansı hallarda şəxsə təyin edilmiş cəzadan daha yüngül cəza təyin edilə bilər?
08:30 Ən ağıllı insanlar bu qan qrupundan olurlar