hemle

Ruslan Nadir - Qanlı Yanvar ... ATƏŞ.AZ

Tarix:19-01-2017, 19:36
Baxış Sayı:719

Ana fəryadıdır göyə ucalan,
Bu zülmət gecənin, köksünə çökən.
Şəhidin qanıdır ,qara torpağa,
Bu qanlı gecənin, əksini çəkən.

Dözərmi bu dərdə ,dözərmi görən?
Bu qədər övladın, itirən vətən?!
Yaşlısı, cavanı ,körpə çağası,
Qanına boyandı ,yuxuda ikən!

Neçə körpə gözü yaşlı ,anasız,
Neçə ana qucagı boş ,balasız ,
Yüzlərlə igidin bədəni cansız,
Bu gecə, namərdcə talandı vətən !

Həkk oldu tarixə bu qanlı yaddaş,
Güllə səsi ilə, oyandı vətən!
Qərənfil gözündə şəhid qanı yaş,
Şəhid qanı ilə, sulandı vətən!

Bu gecə ,qanına boyandı Vətən!

20.01.2014

Digər xəbərlər
22:11 Qəbələ qibləyə döndü şanından…
22:09 İlk kannabis əsaslı dərman Ukraynaya göndərilir - Tərkibində nələr var?
21:55 Bu restoranlar cərimələndi
21:20 Danışıqlar uğursuz olarsa, Ukraynanı nə gözləyir? - İki ssenari
10:13 ELOĞLUM FƏXRİMİZDİ
10:01 Muğla zəlzələsindən sonra mütəxəssislərdən xəbərdarlıq: Sonradan baş verən təkanlar...
09:54 “WhatsApp”a rəqib gəldi
09:51 İran, Rusiya, Azərbaycan, Ermənistan... - ABŞ deyir ki, Türkiyə məharətlə yol tapır