hemle

Müstəqil Azərbaycanın ilk döyüşçü taboru yarandı.

Tarix:21-04-2020, 21:49
Baxış Sayı:545

1991-ci il oktyabrın 9-da fərman verildi və ilk könüllülər batayonu 1991-ci ilin oktyabrında yarandı. Könüllülər Şıxovda, rusların hərbi bazasında yığışmağa başladı. Biz ora yığışdıq, rus hərbçilərini qovduq. O zaman hələ Müdafiə Nazirliyi yox idi. Arif Salahov, Dadaş Rzayev, Balağa Rzayev və Zaur Rzayev bizimlə idilər. O vaxt elə bir dövr idi ki... Mitinqlər gedir, ( Qərbi Azərbaycandan) Ermənistandan azərbaycanlılar qovulur, SSRİ dağılır, başda oturan başıboşlar da SSRİ-nin qulpundan bərk yapışmışdılar. Biz erməninin qarşısına çıxmaq üçün ordu yaratmalı idik. Ordu yaranması da ağrılı bir proses idi. Silah, paltar vermirdilər ki, biz yolumuzdan dönək. Təsəvvür edin ki, hərbi komissarlıqdan uşaqları gətirirdik. Hərbi komissarlıqlarda belə təbliğat gedirdi ki, bax müharibədir, ölüm var, könüllüsünüz. Biləcəri toplanış məntəqəsində də gələnlərə deyilirdi ki, müharibə gedir, iştirak könüllülük prinsipi əsasındadır, məcburiyyət yoxdur. Gənclərin orduya gəlməsinin qarşısını almağa çalışırdılar. O vaxtkı qeyrətli oğullar buna baxmırdılar. Mənim də rahat işim, 3 uşağım vardı. Evlə işin arası da çox yaxın idi. Amma vətən hissi, düşmənə nifrət hər şeydən öndə olanda insanın gözünə heç nə görmür. Bizim tabor formalaşdı. Hərbi andı özümüz tərcümə etdik. Vətənpərvər oğlanlar yığışmışdı, amma silahımız yox idi. Digər tərəfdən, sovet sistemində azərbaycanlılar əsasən ikinci taborda - tikinti taborunda qulluq etmiş insanlar idilər. Silahı da bizə döyüş nöqtəsində paylayırdılar. Onu da deyim ki, Müdafiə Nazirliyində ilk qeydiyyatdan keçən tabor bizim taborumuz olub, Demokratik Cümhuriyyətin yaşadığı günlərin sayı ilə adlandırılmışdı. Bizə “ilk qaranquşlar” deyirdilər. Döyüşçülər və əhali mənə “Koroğlu” deyirdilər. Mən heç vaxt əsgərləri özümdən ayırmamışam, həmişə onların içərisində olmuşam.
Azərbaycan Milli Ordusunun ilk taborunda tağım komandiri olmuş, “Koroğlu” ləqəbi ilə məşhurlaşmış Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin sədri Füzuli Rzaquliyev.

Digər xəbərlər
13:20 Şəhid Mübariz Hüseynov dəfn olundu
11:25 “Azəriqaz” İstehsalat Birliyinin təşəbbüsü, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə tələbələrlə görüş keçirildi - VIDEO
10:08 50 yaşına qədər insult riskini iki dəfə artıran faktorlar
10:03 Birinci Kosmik Müharibəyə hazırlıq başladı - Yer orbitində peyklər VURULA BİLƏR
09:57 Rusiya və ABŞ fəlakət ssenarisinə hazırlaşır: Görün Marsda nə yaradacaqlar
09:52 Paşinyanın parlamentdə qəribə çıxışının səbəbi: son anda hansı xəbəri alıb?
09:39 Əsəd 500 min dolları və qiymətli əşyaları ölkədən belə çıxarıb
09:27 Azərbaycanlı haker xarici şirkətlərdən hansı məlumatları əldə edib və nə qədər pul qazanıb? - ŞOK FAKTLAR