hemle

MUHARİBƏ OLA BİLƏR “Hər an döyüşlərə başlaya bilərik” - Zakir Həsənov

Tarix:4-04-2019, 17:07
Baxış Sayı:505

"Aprel döyüşlərindəki qələbə Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü iqtisadi inkişaf və ordu quruculuğu siyasətinin nəticəsi idi”.

Bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov AzTV-nin "Günün nəbzi" proqramına müsahibəsində deyib.

Onun sözlərinə görə, aprel döyüşləri nəticəsində Ermənistan dövlətçiliyi çöküb: "Azərbaycan Ordusu isə aprel döyüşləri nəticəsində döyüş təcrübəsini və vətənpərvərlik ruhunu daha da yüksəltdi. Keçən dəfə ön xətdəki posta getmişdim. Orda 30 hərbçimiz xidmət edir. Təsəvvür edin, 30 nəfərdən 27-si mənə müraciət etdilər ki, həqiqi hərbi xidmət müddəti bitəndən sonra orduda qalıb xidmətlərini davam etdirmək istəyirlər”.

Z.Həsənov qeyd edib ki, ordunun döyüş hazırlığını yüksəltmək üçün son məhdudiyyət yoxdur: "Dövlətimiz ordunun döyüş hazırlığını yüksək səviyyədə saxlamaq üçün əlindən gələni edir. Bu gün mindən çox silah istehsal edən "Azərsilah” Azərbaycan Ordusunu silahla tam təchiz edir. Artıq bizim silahla təminat baxımından heç bir qayğımız yoxdur və olmamalıdır da. Çünki biz öz torpaqlarımızı işğaldan azad etmək üçün hər an döyüşlərə başlaya bilərik”.

Digər xəbərlər
21:15 Əliyev Paşinyanla görüşə bilər: Sülh müqaviləsinin imzalanma yeri və vaxtı müəyyən edilir
21:13 Naxçıvanda sarı xəbərdarlıq elan edildi
21:10 Zakir Həsənov İsrailin müdafiə naziri ilə bu məsələləri müzakirə etdi
21:08 Sabah bu rayonlarda qaz olmayacaq
16:28 “Gənc İstedadlar Proqram”ında təcrübəçilərin fərdi mövzularının təqdimatı keçirildi
10:20 Beynimiz niyə sürətlə qocalır? - ƏSAS ƏLAMƏTLƏR
10:07 Pakistanda bazarda partlayış - Ölənlər və yaralananlar var
10:05 Həftənin ilk günü hava necə olacaq? - Proqnoz