hemle

Yaşar Aydəmirov : “Zakir Həsənov nazir olandan nazir övladları da əsgərliyə aparılır” - Atəş.az

Tarix:18-02-2017, 12:16
Baxış Sayı:1 139

Azərbaycan ordusunun sabiq korpus komandiri, Birinci Qarabağ Müharibəsinin iştirakçısı, general-leytenant Yaşar Aydəmirov müsahibə verib.

Azərbaycan 24 xəbər verir ki, o, Azərbaycan Silahlı Qüvvələrinin bugünkü durumu, aparılan hərbi islahatlar, eləcə də ordunun nüfuzunun artırılması üçün görülən işlərdən danışıb.

General öz müsahibəsində cəmiyyəti maraqlandıran olduqca mühüm bir məsələyə – imkanlı, vəzifəli şəxslərin övladlarının orduya çağırılmaması ilə bağlı məqama da aydınlıq gətirib.

Y.Aydəmirov bildirib ki, Zakir Həsənov nazir təyin olunandan sonra orduya nəinki hansısa məmurların, hətta nazirlərin oğulları da çağırılır: “Ölkəni hamı qorumalıdır: həm varlılar, həm də kasıblar. Burada başqa variant ola bilməz. Əgər biz bu ölkənin havası ilə nəfəs alırıqsa, onun çörəyini yeyiriksə və əgər bizim əcdadlarımız burada dəfn olunubsa, onu son damla qanımıza qədər qorumaq hər birimizin borcudur”.

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı