hemle

"Şəhid" adlım!..

Tarix:16-02-2024, 12:20
Baxış Sayı:1


İllərdir, qarşısında susub durduğum bir məzar var. Bəzən dəli kimi qışqırıb ağladığım, bəzən də hıçqırığımı için-için udduğum anlar yaşadığın... İllərim, aylarım, günlərim, saatlarım yanında keçən məzar... ... Mən dərdi Qardaşımın qara tabutunda gördüm ilk dəfə. Qasırğa kimi ruhumu dağıtdı. Dünyamı pərən-pərən etdi. Nəğmələr, sevinclər qopuq-qopuq töküldü... Özümlə yadlaşdım, dərdlə doğmalaşdım. Ürəyim sızıldadı. Və anladım ki, bu sızıltı dərdin səsidir. Heç vaxt bitməyəcək, getməyəcək dərdin səsi... Anamın saçlarını bir gecədə ağartdı bu dərd... Qara örpəklə üstünə çökdü. Hələ o zamanlar dərdin böyüklüyündən çox onun ruhuma verdiyi agrını, acını dərk etməyə çaba göstərdim. Dərk etməklə bitib qurtarmırdı dərd... Və beləcə dərdimi ovutmağa başladım... məni, ruhumu çox incitməsin... Bu dərd gələli hər şey küsdü bizdən. Gündəlik vərdişlərimiz də... Atamın, anamın doğmalaşdığıni gördüm dərdlə...
... Qarşısında ağladığım məzar heç danışmadı mənimlə... Amma illərdən sonra ruhumda Vətən haqqında əbədi bir nağıl, füsunkar bir nəğmə dalğası tapdım... Və mən böyüdüm, saçlarıma dən düşdü. İndi mən bir Şəhid bacısı olaraq Vətənimi, torpağımı, sərhədlərimdən içəridə olan nə varsa, daha böyük yanğı ilə, daha qızğın məhəbbətlə sevirəm... Bu bizim Vətənimizdir, qardaşlarımızın qanı ilə yoğrulan, uğrunda canları fəda getdikləri Vətən torpağı...
Yaxın tariximizin acı Qarabağ müharibəsinin qəhrəmanlarından biri Manafov Şıxəli Manaf oğlu 1970-ci il dekabr ayının 23-də Armudlu kəndində doğulub. İlk təhsilini bir zamanlar ilk və yeganə şəhidi olacaq Armudlu kənd ibtidai məktəbində alır. Daha sonra Qaşqaçay kənd orta məktəbində təhslini davam etdirir. Məktəbi bitirdikdən sonra sovet ordu su sıralarına hərbi xidmətə gedir. Xidməti başa vurduqdan sonra yenidən doğma kəndinə-Armudluya qayıdır. Qarabağda baş verən hadisələr Şıxəlini də çox narahat edirdi. Hər gün cəbhədən gələn məğlubiyyət xəbərləri onu sarsıdırdı. Qarabağda baş verən ədalətsizliyə heç cür dözə bilmirdi Şıxəli. Məkanca uzaq olan dəh şətli müharibənin ab-havası bütün evi bürümüş, ailənin hər bir üzvünə sirayət etmişdir. 1992-ci ilin ilk könüllülərindən oldu Şıxəli. Və günlərin birində evdə müharibəyə getmək qərarına gəldiyini bildirdi. Təbiətən mülayim, ailədə hamı ilə deyib-gülən, dil tapan mehriban balasının səsindəki qətiyyəti hiss edincə ata susdu, cavab verə bilmədi. Beləcə həmin gündən ailənin iztirablı, amma çox şərəfli günləri başladı. Cəbhədən hər dönüşü evdə toy-bayrama çevrilirdi. Amma yenə cəbhə Şıxəlini geri çağırırdı. Günlərin birində - 1993-cü ilin yanvar ayının 15-də Ağdərədə Sərsəng su anbarının ələ keçirilməsi və yaxınlıqdakı kəndlərin düşməndən təmizlənməsi uğrunda gedən ağır döyüşlərdə Şıxəli snayper gülləsinə tuş gələrək Vətən uğrunda Şəhadətə ucalır. Şıxəlinin dəfnində iştirak edən döyüş yoldaşları sıralarından Şıxəli kimi cəsarətli, qorxmaz, fədakar və sonsuz vətənpərvərlik hissi ilə alışıb-yanan bir döyüşçünün Şəhid olmasına onun valideynləri, doğmaları qədər üzüldüklərini bildirdilər. Vətən hər birimizin düşüncələrində eyni... Vətən Şəhidlərin düşüncələrində isə tam fərli. Biz varkən, biz olurkən bu düşüncələr bitməz! Çünki Şəhidlər bizimlə deyil, biz Şəhidlərlə yaşarıq! Şıxəli adlı dərdimizi, yaramızı, niskilimizi torpağa tapşırdıqdan nə az, nə çox- düz 30 il sonra Azərbaycan Milli Ordusunu ilk rüşeymləri, kökləri
olan “Babək 44” taborunun qəhrəman döyüşçüləri Şıxəli haqqında xatirələrini bölüşürlər. Müharibənin ən kritik dövrü olan 1993-cü ildə Babək-44 taborunda döyüşlərə qatılıb. Onun necə qorxmaz, nikbin və mehriban və vətənpərvər bir döyüşçü olduğunu söyləyəndə illərlə qəlbimdə göynəyən acıları qürur və fəxarət hissi üstələyir.Döyüş yoldaşlarının xatirələrindən-“ Babək-44 taboru Ağdərənin Madagiz kəndi uğrunda bir neçə gün agır döyüşlər apardı. Həmin döyüşlərdə Şıxəli cəsarəti, qəhrəmanlığı ilə seçildi.
Səhər Şıxəli

Digər xəbərlər
09:46 Paşinyan: "Azərbaycanla sərhədin delimitasiya olunan hissələrindən Aİ missiyasını çıxarmağa hazırıq"
09:45 "WhatsApp"dan möhtəşəm funksiya: Səsli mesajlar mətnə çevrilir
09:41 ÜST-dən meymunçiçəyi ilə bağlı qərar
09:39 Avtomobilin işıq cihazına "plyonka" çəkənlərin DİQQƏTİNƏ: Cərimə gözləyir?
09:38 Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
09:36 Ukraynanın əkin torpaqları hansı ölkələrə satılıb? – İnanılmaz faktlar
09:35 Putin bu raketlərlə bağlı müşavirə keçirdi - "Dünyada onların qarşısını alacaq silah yoxdur"
09:33 İrəvan Bakıya qarşı bu iddialardan imtina etməyə hazırdır - Paşinyan