hemle

MƏN BIR OVUC VƏTƏN TORPAĞIYAM ƏFQAN ZIYAL OĞLU ƏLIYEV

Tarix:22-05-2024, 13:00
Baxış Sayı:640

MƏN BIR OVUC VƏTƏN TORPAĞIYAM ƏFQAN ZIYAL OĞLU ƏLIYEV


Tam 44 gün davam edən Vətən müharibəsində Müzəffər Azərbaycan Ordusu terrorçu Ermənistanın 30 ilə qurduğu silahlı
qüvvələrini məhv etdi. Uzun illər ərzində
işğal altında qalan Qubadlı, Cəbrayıl, Zəngilan, Füzuli rayonlarını, Xocavənd rayonunun bir hissəsini, Laçın rayonunun bir sıra
dağ kəndlərini işğaldan azad etdi. Müzəffər
Ordumuzun tarixi qələbəsi digər üç rayonun - Laçın, Kəlbəcər və Ağdamın da azadlığına təminat verdi.
Birinci Qarabağ müharibəsinin fədailərindən biri də Əliyev Əfqan
Ziyal oğludur.
Əliyev Əfqan Ziyal oğlu 1970-ci il mart ayının 10-da Almalı kəndində dünyaya göz açıb. Orta təhsilini doğulduğu kənddə bitirdikdən sonra fermada əmək fəaliyyətinə başlayır. 1988-1990-cı illər
Əfqanın sovet ordusunda hərbi xidmət dövrünə təsadüf edir. Ordudan tərxis olunduqdan sonra yenidən kəndə qayıdır Əfqan.
1992-ci ildə Milli Ordu sıralarına çağrılır. Ən qaynar cəbhələrdə
döyüşən Əfqan həmişə cəsarətli əsgər kmi fərqlənir. 1994-cü ilə qədər müxtəlif döyüşlərdə iştirak edən qəhrəman döyüşçüyə mükafat
olaraq məzuniyyət verilir. Bu, sanki onun doğma evi, valideynləri ilə
son görüş şansı idi...
Füzuli istiqamətində yenə ağır döyüşlərin biri davam edir. Düşmən güclüdür, amma cəsarətli deyildir. Milli Ordumuzun cərgələrində Əfqan kimi minlərlə cəsarətli, vətənpərvər qəhrəmanlarımız
var. Horadiz düşməndən geri alınır. Amma Əfqan bunu görə bilmir.
Düşmən gülləsi onun qəlbini əbədlik susdurmuşdu.
Əfqan Əliyev doğma Almalı toprağında əbədi yuxuya gedib.
Şəhidlər ölməz!
Səhər

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir