hemle

MƏN TƏNHALIĞI SEVDİM

Tarix:9-05-2020, 19:59
Baxış Sayı:455

Hər bir qadının yanağından süzülən bir damla yaşda böyük bir acı gizlənir...
Hər kəsdən gizlədiyi acısını bir tək özü ovudar, qara mirvarilərdən süzülən yaşla.
Və bir Qadın, yorulduğunu hiss etdiyi an sevgidən uzaqlaşar. O, yorulmuşsa işdən gücdən deyil. Bilin ki, sevdiyinin biganəliyindən, vəfasızlığından, diqqətsizliyindən, görmədiyi sevgidən yorularaq gedib.
Yanlış bir qəlbdə xəyalını qurduğu hüzuru axtarıb tapmamaqdansa, tənhalığa sarılmağa üstünlük verdiyi üçün gedib. Bir qadın sarıldığı tənhalıq ona xəyanət etmədiyini anladığı an o yalançı xəyaldan gedər. Ağuşuna düşdüyü tənhalıq onu aldatmadığına inanaraq onu sevər. Körpələr tək sığındığı tənhalıqın ondan getməyərək hər zaman ona sahib çıxacağına inandığı üçün onu sevər...
İndi anladınızmi nədən bu qədər tənha qadın var??? Tənhalığa alışan bir Qadını yenidən sevgiyə inandırmaq imkansızdır.
Tənhalığa alışan qadınlar Susuz bir quyuda bir ovuc su axtarmağa bənzədər sevgini. Onlar üçün məhəbbət sonu olmayan bir yolun ortasında qalmaq kimidir. Bəlkə də onlar üçün çıxış yolu güvəndir. Onlara sadiq qalmaqdır, yalanlardan uzaqlaşmaq, onun safca saçlarını oxşamaqdır. Yanağındakı göz yaşlarına toxunub "bunların səbəbi əsla olmayacam" deyə bilməkdir...
Bunlar olmadıqda onlar sevdiklərindən gedərək tənhalığı sevər. Tənhalıq onları aldatmaz, xəyanət etməz, yalan danışmaz, qəlbini qırmaz.
Tənhalıq ən sədaqətli ömür gün yoldaşı olar.
Mən də tənhalığı sevdim, onun məni sevdiyi kimi!(((((
Almaz İlahə

Digər xəbərlər
22:41 Telefonla ödəniş edənlərin DİQQƏTİNƏ: NFC ilə pullarınızı belə oğurlayırlar
22:36 DİN-dən avtobus zolağına daxil olan sürücülərə xəbərdarlıq
22:13 İstanbuldakı zəlzələyə görə məktəblərdə 2 günlük tətil elan edildi
22:07 Afterşoklar davam edir: İstanbulda gecəni harada keçirmək olar?
22:05 İstanbulda güclü zəlzələ: xəsarət alanların sayı artdı - YENİLƏNDİ
12:47 Pensiya təyin edilməyibsə, hara müraciət edilməlidir? – CAVAB
12:43 Londondakı mühüm görüş dalana dirəndi: Zelenskinin bu açıqlamasına görə
12:39 Xəzər 2050-ci ilədək kritik səviyyəyə düşə bilər