hemle

Azadə Bayramova - Sevgi ... ATƏŞ.AZ

Tarix:21-01-2017, 13:48
Baxış Sayı:1 182

Sevgi...

Sevgi bir qadının həyatının bütün əhvalatı, kişinin isə yalnız bir macərasıdır. Madama da Stael belə deyir.

İndi Staelin təbirincə desəm, demək, bir qadın həyatının bütün əhvalatıymış sevgi. O qadınki onun ayrılıqdan sonrakı hər saniyəsi bütün həyatına bədəldir. Məyərsə o bədələ səbəb olan sevgi, bir kişinin macərasıymış. Birinin bütün həyatını dolduracaq o hiss, digərinin sadəcə bir anını doldura bilərmiş, sən demə.

İ. V. Höte də deyir ki, məhəbbət - ideal, nigah - realdır. Real və idealın qarışdırılması heç vaxt cəzasız ötüşmür.

Bəs onda, reallaşmayan ideala görə çəkilən cəzalar nədir? Axı cəzayla nəticələnəcək o qarışdırılma prosesindən əvvəl də hər şey qarışır çox zaman...

Həyat - çiçəkdir, sevgi isə - onun şirəsi. Fransa ədəbiyyatına sığmayan Viktor Hüqo deyir bunu.


İndi bilmirəm, sevgililər şəhəri deyə tanınan Fransa üçün 19-cu əsrdə bu sözlər keçərliydi, ya yox. Ancaq indi çiçəklər fərqlidir, elə onların şirəsi də bir deyil; o da əgər varsa.

İlk məhəbbətin bütün sehri ondan ibarətdir ki, sən hələ bilmirsən ki, ondan sonra ikincisi olacaq. B. Dizraeli uzaqgörənliklə belə deyib.


Bəlkə elə buna görə indi sevgi dediyimiz nəsnə bu qədər adiləşib, xüsusluqdan çıxıb. Amma məsələ bundadır ki, o sehri bilənlər çoxdur indi. Daha onlar nəinki ikinci dəfə sevəcəklərini, hətta üçüncü, dördüncü...n-ci dəfə də o sözü deyəcəklərini bilirlər, Dizraeli...

Sevgidə yeganə qələbə qaçışdır. N. Bonapart deyir bunu da.

Nə gözəl, onda çoxumuz qalibik...!

Azadə Bayramova

Digər xəbərlər
09:50 Xarkovda 40 partlayış qeydə alındı - Yaralılar var
09:44 İctimai nəqliyyatda yüksək səslə videoya baxanlarla necə "mübarizə" aparaq?
09:38 Kosmetik vasitələrin dəhşətli fəsadları üzə çıxdı: Mütəxəssisdən XƏBƏRDARLIQ
09:34 Sakit okeanın səviyyəsi yüksəlir: Ada dövlətləri yox ola bilər - XƏBƏRDARLIQ
09:32 Azərbaycana keçdiyi bildirilən 2 ermənidən xəbər var
09:29 "Youtube"da nasazlıq yarandı
09:27 Bakı bulvarında sakinləri narahat edən kəskin qoxunun səbəbi bilindi
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?