Yayın isti günlərindən biri idi. Otaqda hərarət 30 dərəcədən cox olsa da qoca üzərinə sərdiyi yorğanın altında bürüşüb titrəyirdi. Canı hec qızmırdı nədənsə. Birtəhər xəstə yatağından qalxıb səndələyə- səndələyə pəncərəyə yaxınlaşdı. Bir müddət qaranlıq həyətə baxdı. Hec kim yox idi həyətdə. Yəqin həyat yoldaşının gəldiyini yenə yuxusunda görüb. Artıq iki həftə idi onun getdiyi. İki həftə idi ki, həyatla ölüm arasında çarpışırdı qoca. Bəlkə də qocanı baş ucunda gözləyən Əzrayıl da təngə gəlmişdi onun bu inadından. Nə gözləyir bu qoca? Nədir axı onun həyatdan istəyi? Nədir həyata bu qocanı belə möhkəm baqlayan? Bütün bu sualların yalnız bir cavabı vardı: Sevgi. Birinci həyat yoldaşı rəhmətə gedəndən illər sonra tanımışdı onu. Yaşca özündən çox kicik olsa da onunla ailə həyatı qurmağa qərar vermişdi. Ağrılı-acılı həyatının ən xoşbəxt illərini də onunla yaşamışdı. Düz 15 il. Qoca onun uşaq kimi nazı ilə oynamağı cox sevərdi. Onun istədiyi hər şeyi etməyə hazır idi. Təki o nə isə istəsin. Elə bil günü -gündən daha da cavanlaşır, həyata daha da cox bağlanırdı. Bəlkə də ömrü boyu dadmadığı bir duyğunun həzzini yaşayırdı. Sevgi adlı ən ülvü duyğunun. Necə də xoşbəxt, necə də bəxtiyar günlər idi. Bu xoşbəxtliyi düz 15 il sürdü qocanın. Necə deyərlər, sən saydığını say, gör fələk nə sayır. Yaş artıq öz işini görmüşdü. Bir gün o xəstələndi, yatağa düşdü. Axşam üstü halı daha da pisləşdi deyə həkim cağırdılar. Müayinədən sonra «Narahat olma, bir az soyuqlamısan, tezliklə ayağa qalxarsan», - dedi ona həkim. Qocanın üzündə soyuq bir təbəssüm yarandı. «Sağ ol, həkim, Allah razı olsun», - deyib pıçıldadı. Həkim otaqdan çıxanda həyat yoldaşı da həkimin arxasıyca çıxdı və dəhlizdə bir müddət həkimlə nə haqdasa pıçıldaşdılar. - Həkim, nə deyirsiniz, ümüd var sağalmağına? - Allahdan ümüd kəsilməz, amma təəsüf ki, ən coxu 3-4 gün ömrü qalıb. - Yəni bu qədər pisdir vəziyyəti? - Bəli. Ürəyi demək olar ki, fəaliyyətini dayandırmaq üzrədir. Cox zəif döyünür, hər an dayana bilər. - Gəldiyiniz ücün sağ olun, həkim. - Salamat qalın. Qadın otağa qayıdanda qoca soruşdu: - Nə danışırdınız həkimlə? - Heç, dərmanları hardan ala biləcəyimi soruşurdum. Qoca gecəni cox narahat yatdı. Qarmaqarışıq yuxular gördü. Səhər gözünü açan kimi qadınını çağırdı. Səs gəlmədi. Bir müddət sonra yenə səslədi. Yenə qocaya hay verən olmadı. Birtəhər durub pəncərəyə yaxınlaşdı. Həyətdə də kimsə yox idi. Qoca düşündü ki, qadını yəqin dərmanları almaq üçün gedib. Birdən stolun üstündə gözünə kaqız parcası dəydi. Əlinə alıb baxdı. Gözləri zəiflədiyindən oxuya bilmədi. «Yəqin həkim yazan reseptir» deyə düşündü qoca. Axtarıb eynəyini tapdı, gözünə taxıb kağızı oxumağa başladı. -Həkim sənin 3-4 gün ömrünün qaldığını dedi. Mən gedirəm. Ömrümün 15 ilini sənə həsr elədim, qarşılığında bir neçə şeyi özümlə aparıram, halallıq ver. Övladlarına xəbər vermişəm. Salamat qal. Qoca oxuduqlarına inana bilmirdi. İlahi bu nə idi belə? Yox, bu ola bilməz. O məni belə halımla atıb getməz, - deyə düşündü qoca. Divardan tuta- tuta birtəhər qonşu otağa keçdi. Otaq dağınıq idi. Sandığa yaxınlaşıb qapağını açdı. Sandıq boş idi. Qoca gördüklərindən dəhşətə gəlmişdi. Daha dayanmağa taqəti qalmamışdı. Diz üstə yerə çöküb əllərini üzünə sıxdı, uşaq kimi hönkürüb ağladı. Nə yaşadığı ağrı-acılı həyat, nə yetimçiliklə böyüməsi onu bu qədər incidib qırmamışdı. Qoca hönkürə-hönkürə pıçıldadı: - İllərlə nazınla oynadım, hər istədiyini etdim. Bu 3-4 günü niyə gözləmədin, ay insafsız? Niyə axı? Niyə mənə bu əzabı verdin? Ömrümün bu son günlərini yanımda olmağın beləmi çətin olardı sənə? Üc-beş manata görə dəyərmiydimi bu əzabı mənə yaşatmağın? Qocanın övladları gəlib qocanı boş sandığın yanında huşsuz vəziyyətdə tapmışdılar. Məsələnin nə yerdə olduğunu anlayıb polisə şikayət etmək istəmişdilər. Amma özünə gələn qoca buna imkan verməmişdi. «Siz qarışmayın», - demişdi. Bu hadisədən iki həftə kecmişdi. Qocanın vəziyyəti son dərəcə pisləşmişdi. Boğazından yemək də keçmirdi daha. Amma yenə də inadla «o gələcək» deyə gözləyirdi. Qocanın övladları axtarıb qadının telefon nömrəsini tapa bilmişdilər. Zəng vurub etdilkərini bağışladıqlarını, heç kimə şikayət etməyəcəklərini bildirmiş, sadəcə olaraq gəlməsini və son nəfəsində qocanın rahatlıq tapmasını istəmişdilər ondan. O, isə cavabında başqa bir şəhərdə olduğunu demiş və gələ bilməyəcəyini söyləmişdi. O zaman ondan heç olmasa qoca ilə telefonla danışmağını istəmişdilər. «Axşam zəng vuraram» deyib qadın dəstəyi asmışdı. Axşam qocanın telefonuna zəng gəldi. O idi. Hamı otaqdan çıxdı. Xeyli danışdılar. Qoca telefonla danışıb qurtarıb övladlarını səslədi. Hamı təzədən otağa qayıtdı. Qoca uşaq kimi sevinirdi, gözlərinə elə bil işıq gəlmişdi. Üzü gülürdü. «Etdiklərindən peşman olub, sabah gələcək yanıma. Sizi Allaha and verirəm, gələndə ona heç nə deməyin», - deyə qoca övladlarından xahiş elədi. «Yaxşı», - deyə övladları qocaya söz verdilər. Amma qadının nə sabah, nə də başqa bir gün gəlməyəcəyini hamısı yaxşı bilirdi. Sadəcə, qocanın əzabına son vermək üçün onlar qadınla bu sövdələşməyə getmişdilər. «Yaxşı, mənim balalrım, gecəniz xeyrə qalsın. Gedin yatın, mənim də yuxum gəlir», - dedi qoca. Hamı sağollaşıb otaqdan çıxdı. Qoca gözlərini yumub sabahkı görüşün xəyallarını qura-qura yuxuya getdi. Artıq səhər açılıb. O gəlib, qocanın əllərindən tutub gur işıqlı bir yerə doğru aparır. Qoca uşaq kimi sevincək onun arxasıyca gedir... Elə bil, qocanın üzünə dünyanın xoşbəxtçiliyi çoküb... ...Səhər övladları otaqğa gələndə qocanın nəfəs almadığını və artıq canını tapşıdığın gördülər. Qocanın üzündə qəribə bir təbəssüm var idi. Sanki, bu təbəssüm övladlarına minnətdarlığının nişanəsi idi.