hemle

Deputat: “Həmsədrlərin dediklərinə əməl etsək ərazilərimiz daha 50 il işğalda qalacaq”

Tarix:19-04-2020, 18:55
Baxış Sayı:468

“Rusiya Xarici İşlər Nazirliyinin, ATƏT-in Minsk qrupundakı digər iki həmsədr dövlətin dediklərinin və Minsk qrupunun fəaliyyətinin nəticəsidir ki, Azərbaycan əraziləri bu günə qədər işğal altındadır, status-kvo dəyişmir. Biz onların dediklərinə əməl etsək, ərazilərimiz bundan sonra daha 50 il də işğal altında qalacaq. Yəni onlar belə istəyirlər, onlara belə xoşdur. Azərbaycanın əraziləri işğal altındadır. Nə Rusiyanın, nə Fransanın, nə də ABŞ-ın əraziləri işğal altında deyil ki… Məcburi köçkün olan, yurdundan didərgin düşən də onların vətəndaşaları deyil. Onlar istəyirlər ki, heç kim ermənilərin xətrinə dəyməsin”.

Bu fikirləri Reyting.az-a açıqlamasında deputat Elman Məmmədov deyib.

E. Məmmədov bildirib ki, ola bilsin, kimlərsə onun yuxarıda dediyi bu sözlərlə razılaşmasın: “Eyni zamanda mənim dediklərim də dövlətin siyasəti kimi qəbul edilməməlidir. Mən yuxarıdakı fikirlərimi, Xocalı soyqrımını yaşayan, bu problemlərdən az-çox başı çıxan şəxs kimi deyirəm”.

Milli Məclis üzvü qeyd edib ki, adını çəkdiyi dövlətlər Azərbaycanın hərbi gücdən istifadə etməməsində maraqlıdır: “İstəyirlər ki, problem, danışıqlar qeyri-müəyyən müddətə uzansın. İldə iki-üç dəfə müxtəlif səviyyələrdə nəticəsiz görüşlər keçirilsin, danışıqlar olsun. Onların istədikləri budur”.

E. Məmmədovun sözlərinə görə, ermənilərin apardığı siyasətlə və belə danışıqlarla Dağlıq Qarabağ münaqişəsinin həlli mümkünsüzdür: “Problemin yeganə həlli yolu güclü Azərbaycan dövləti olaraq öz hərbi gücümüzdən istifadə etməklə ərazilərimizi işğal azad etməkdir. Mən digər çıxış yolunu görmürəm. Kim inanırsa ki, danışıqlar, qərar və qətnamə yolu ilə ermənilər işğal etdikləri ərazilərdən bir qarışını azad edəcək, yanılır.

Azərbaycan dövlət kimi zəif olarkən əraziləri işğal edilib. Bu gün isə biz güclü, Ermənistan zəifdir. Biz qüdrətli hərbi gücümüzdən istifadə edib torpaqlarımızı işğaldan azad etməliyik”.

Xatırladaq ki, bir neçə gün əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müzakirələr COVID-19 pandemiyasına baxmayaraq, davam etdirilir.

O, münaqişənin həlli ilə bağlı aprel ayında Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun tərəflərin xarici işlər nazirləri - Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanla telefon söhbətləri zamanı da müzakirələr aparıldığını xatırladıb: “ATƏT-in Minsk qrupunun həmsədrləri, ATƏT rəhbərinin şəxsi nümayəndəsi Anjey Kaspşik də mütəmadi olaraq tərəflərlə təmasdadırlar. Hazırki təmaslar silsiləsinin diqqət mərkəzində koronavirusun yayılması və danışıqlar prosesinə təsiri, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bəzi məsələlər durur. Təmas xəttində və sərhədlər boyu vəziyyət də müzakirə olunur”.

Reyting.az

Digər xəbərlər
12:29 Bu gecə Rusiya səması: 105 pilotsuz təyyarə vurulub
12:24 Bu şəxslər hər ay 200 manat ala bilər
10:54 Ukrayna bu sənədi Aİ-yə göndərir: İçində Rusiyaya qarşı görün nələr var
10:51 “Döyüş nöqtəsinə” çatıblar: 2030-cu ilə qədər yarım milyard yeniyetmə bu xəstəliyə tutulacaq
13:21 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
13:16 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
08:33 Hansı hallarda şəxsə təyin edilmiş cəzadan daha yüngül cəza təyin edilə bilər?
08:30 Ən ağıllı insanlar bu qan qrupundan olurlar