hemle

Dağlıq Qarabağa səfər etmiş rusiyalı qadınları "arzu olunmayan şəxslər siyahısına salina bilər"

Tarix:14-11-2018, 15:30
Baxış Sayı:500

Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistan baş nazirinin həyat yoldaşı Anna Hakobyan ilə birgə Dağlıq Qarabağa səfər etmiş bir qrup rusiyalı qadının adını "arzu olunmayan şəxslər siyahısına" sala bilər.

Bazar günü Anna Hakobyan Dağlıq Qarabağda erməni və azərbaycanlı silahlı qüvvələri hərbi hissələrinin təmas xətti yaxınlığında Qarabağ münaqişəsi tərəflərinə sülh çağırışı ilə müraciət edib.

Anna Hakobyanın "Qadınlar sülh naminə" təşəbbüsünə Rusiyadan ictimai-siyasi xadimlər, yazıçılar, həkimlər və başqa tanınmış şəxslər də qoşulublar.

Tədbirdə Rusiya qadınları da nitqlə çıxış ediblər. Anna Hakobyan onları Azərbaycana baş çəkib, "təmas xəttinin qarşı tərəfində də" sülh müraciəti ilə çıxış etməyə çağırıb.

Azərbaycan XİN yaydığı məlumatda deyib ki, "sülh istəyənlər müharibəni davam etdirməməli, insan itkisinin qarşısını almaq istəyənlər digər dövlətin ərazilərini hərbi işğal altında saxlamamalı və nəhayət, qadınları və anaları sülhə dəvət edənlər şəxsən öz övladlarını Azərbaycanın beynəlxalq tanınmış ərazilərinə hərbi xidmətə göndərməməlidirlər."

Nazirlik, həmçinin Azərbaycanın işğal edilmiş ərazilərinə "qanunsuz səfər edən" əcnəbi vətəndaşlarla bağlı araşdırma aparıldığını bildirib.
"...onların adlarının ölkəmizə girişi arzu olunmayan şəxslər siyahısına əlavə edilməsi ilə bağlı müvafiq qərar qəbul ediləcəkdir", XİN bildirib.

Ermənistan və Azərbaycan 20 ildən çoxdur ki, Dağlıq Qarabağ uğrunda silahlı münaqişədədir. 1994-cü ildə atəşkəs bağlansa da, tərəflər tez-tez atəşkəsin pozulması xəbərlərini verir. ABŞ, Fransa və Rusiyanın daxil olduğu Minsk qrupu həmin vaxtdan etibarən münaqişəni həll etməyə çalışır.

Azər Azadzadə Atəs

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı