hemle

“ELƏ ŞADLIQ EVLƏRİ VAR Kİ...”

Tarix:11-08-2018, 13:54
Baxış Sayı:692

Sahib Məmmədov: “Onların sahiblərinə yaxınlaşıb söz demək mümkün deyil”
Bakı şəhərinin inzibati rayonları ərazisində yerləşən ictimai iaşə obyektləri, şadlıq evləri, restoranlar tərəfindən havaya buraxılan tüstü və qoxuya görə bir müddət əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən obyekt sahiblərinə verilən xəbərdarlığın müddəti artıq başa çatıb.

Nazirlikdən verilən məlumata görə, müasir standartlara cavab verən təmizləyici qurğuların quraşdırılması barədə xəbərdarlığa əməl etməyən ictimai iaşə obyektlərinin sahibləri barəsində sərt tədbirlər görülməyə başlanılıb. Görülən tədbirlərdən sonra eyni vəziyyət davam edəcəyi təqdirdə nazirlik həmin obyektlərin fəaliyyətinin dayandırılması ilə bağlı müvafiq qurumlara müraciət edəcək.
Əmək Hüquqları Müdafiə Liqasının sədri Sahib Məmmədov "Şərq”ə açıqlamasında iaşə obyektləri, şadlıq evləri, restoranlar tərəfindən havaya atılan tüstü və qoxuya görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin obyekt sahiblərinə xəbərdarlıq etməsini müsbət təşəbbüs kimi dəyərləndirib. Onun sözlərinə görə, şadlıq evlərinin əksəriyyəti zavodlarla əhalinin yaşayış yeri arasında salınan yaşıl zolaqda tikilib. Həmin yaşıllıq məhv olunaraq yerində iaşə obyektləri ucaldılıb.
İndi isə zavodun çirkli, zəhərli havası ilə birlikdə şadlıq evlərinin də sağlamlıq üçün zərərli tüstüləri əhali üçün ciddi problemlər yaradır. Bu nöqteyi-nəzərdən ETSN-in bu addımını müsbət hesab edirəm, ancaq sahibkarlar nə dərəcədə əməl edəcək, bu bir az qaranlıq məsələdir. Ətraf mühitin çirkləndirilməsi, yaşıllığın məhv edilməsi ilə bağlı Nazirliyin minlərlə, bəlkə də on minlərlə icra olunmayan aktları var.
Bu sahədə monitorinqlər aparılıb, protokollar tərtib olunsa da, icrasında müəyyən çətinliklər üzə çıxır. Eyni problemlər bu məsələdə də ortaya çıxa bilər. Elə şadlıq evləri var ki, onların sahiblərinə yaxınlaşıb söz demək mümkün deyil, nəinki akt tərtib edib cərimələmək, yaxud da obyektlərinin fəaliyyətinin dayandırılması ilə bağlı qərar qəbul etmək. Uzaqbaşı, xırda iaşə obyektləri cərimələnəcək. Amma bir ehtimal da var ki, həmin şadlıq evlərinin sahibləri müasir standartlara cavab verən təmizləyici qurğuları alıb quraşdırsınlar. Bu, onlar üçün o qədər də çətin bir şey deyil.

Şəymən

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı