hemle

“DQR” “məhkəmə”si Elnur Hüseynzadə barədə iki ay “həbs qərarı” verib - Atəş.az

Tarix:5-02-2017, 14:36
Baxış Sayı:530

Bu gün qondarma “Dağlıq Qarabağ Respublikası”nın (DQR) “məhkəmə”si Elnur Hüseynzadə barədə iki ay “həbs qərarı” verib.

APA-nın “RİA Novosti’ agentliyinə istinadən verdiyi məlumata görə, “məhkəmə” iclası qapalı keçirilib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında bildirilib ki, ermənilərin əlinə düşən E. Hüseynzadə mütəmadi olaraq hərbi intizamı pozması və xidmətə çıxmaması səbəbindən bir müddət əvvəl Silahlı Qüvvələrdən tərxis olunub, hazırda hərbi xidmətdə deyil. Müdafiə Nazirliyi KİV nümayəndələrini və sosial şəbəkə istifadəçilərini erməni təbliğat maşınının uydurmalarına inanmamağa çağırıb.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası isə müvafiq beynəlxalq təşkilatların Azərbaycan vətəndaşı Elnur Hüseynzadənin Talış kəndi istiqamətində erməni hərbçiləri tərəfindən saxlanılması barədə məlumatlandırıldığını və onun azadlığa buraxılması üçün müvafiq addımların atıldığını açıqlayıb.

Digər xəbərlər
10:13 ELOĞLUM FƏXRİMİZDİ
10:01 Muğla zəlzələsindən sonra mütəxəssislərdən xəbərdarlıq: Sonradan baş verən təkanlar...
09:54 “WhatsApp”a rəqib gəldi
09:51 İran, Rusiya, Azərbaycan, Ermənistan... - ABŞ deyir ki, Türkiyə məharətlə yol tapır
09:46 İranın Azərbaycandakı yeni səfiri odur - Foto
09:40 Maskdan daha bir iddialı plan - Planetin ən böyük binasını tikəcək
09:37 Varlılar 2050-ci ili gözləyirlər: 1000 il yaşaya biləcəklər
09:33 "Haribo"da yenə narkotik maddə aşkarlandı