hemle

Azərbaycan QHT-ləri İlhan Aşkını müdafiə edirlər

Tarix:25-11-2016, 20:13
Baxış Sayı:711

Biz, Azərbaycanın vətənpərvər oğlu İlhan Aşkını müdafiə edirik!
"Hollanda Azerbaycan Türk Kültur Dernegi" Başkanı,vətənpərvər soydaşımız İlhan Aşkın Niderland Krallığında yaşayır. O, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə tanıdılmasında müstəsna xidməti olan insanlardandır. 2 il öncə tədbirlərdən birində söylədiyi "Qarabağ ermənilərə məzar olacaq!" fikrinə görə məhkəməyə verilib.Hadisə belə olub:2014-cü il iyun ayının 1-də Erməni kilsəsinin yerləşdiyi və ermənilərin sıx yaşadığı Overreysel vilayətinin Almelo şəhərində, daha doğrusu, həmin Kilsənin həyətində ucaldılan qondarma "erməni soyqırımı" qurbanlarına abidə ucaldılmasına etiraz olaraq Niderlanddakı Türk diaspor təşkilatları tərəfindən hazırlanan etiraz aksiyasında İlhan Aşkın da çıxış edib və "Qarabağ ermənilərə məzar olacaqdır!"fikrini işlədib.2 ildən sonra ayılan erməni diaspor təşkilatları İlhan Aşkının həbs edilməsi üçün lazımi sənədləri məhkəməyə veriblər(əbəs yerə demirlər ki, kaş,müsəlmanın sonrakı ağlı bizdə olaydı-Ş.S.). Maraqlı burasındadır ki, dekabrın 6-da baş tutacaq ilk məhkəmə prosesinin baş hakimi milliyətcə erməni olan Takvor Avedissiandır.Bəli, ermənilər Azərbaycan əsilli Avropa vətəndaşını məhkəməyə veriblər.
Mən, Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün Qeyri-Hökumət Təşkilatlarının rəhbərlərini, habelə, ictimaiyyət nümayəndələrini İlhan Aşkını müdafiəyə səsləyirəm.Eyni zamanda, aidiyyəti orqanların rəhbərlərindən xahiş edirəm ki, bu məhkəmə prosesinin ədalətli olmayacağını nəzərə alaraq Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Nota verməsi üçün araşdırma aparsınlar.
Qeyd etməyi borc hesab edirəm ki, Azərbaycanda fəaliyyət göstərən 50-dən çox QHT bu istiqamətdə iş aparır.Bu təşkilatların sırasında "İşğala və Terrora Əsasız İddialara Qarşı Beynəlxalq Forum", habelə, "Qürur"Şəhid Ailələri Xeyriyyə İctimai birliyi, "Azərbaycanın Milli Qəhrəmanı Asif(Fred)Məhərrəmov adına İnkişaf Fondu, "Yeni Yurd"Sosial İnkişaf, "Xocalı Soyqırımını Tanıtma", "Sosial Rifah və Tədqiqatlar" ictimai birlikləri də var.

Hörmətlə,
Şamil Sabiroğlu, Azərbaycan Respublikası "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədri,"Tərəqqi"medalının mükafatçısı, müharibə veteranı.
Bakı, 25.XI.2016.

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı