Bu günlərdə erməni mərbuatında: » AZƏRBAYCAN SU 35 U markalı 4++ YENİ NƏSİL ƏN MÜASİR QIRICI TƏYYARƏLƏR ALIB. BUNLAR 8 HƏDƏFİ EYNİ VAXTDA MƏHV ETMƏYƏ QADİR OLAN TƏYYARƏLƏRDİR» başlıqlı bir xəbər yayılmışdır.
Ermənilər üçün bu qorxunc xəbər onları çox narahat etmiş və dərhal hərbi ekspertə müraciət etmək qərarına gəlmişlər.
Məqalədə deyilir ki, Azərbaycan silahlı qüvvələri bir neçə gün əvvəl 2 ədəd ən müasir qırıcı təyyarələr əldə etmək üçün müqavilə bağlayıb. Məsələyə aydınlıq gətirən hərbi ekspert Van Hambarsumyan müqaisə edərək deyibdir: «Azərbaycan bu qırıcıları almaqla hərbi gücünü dəfələrlə artırmış olur. Əslində Rusiya bu qırıcı təyyarələri İndoneziya üçün hazırlamışdı, lakin onlar nə səbəbdənsə imtina etdiklərinə görə Rusiya bu təyyarələri Azərbaycana satmalı oldu. Bu təyyarələr çox güclüdür, belə ki, 3000 km döyüş uçuşu etməyə qadirdir, 8 hədəfi eyni vaxtda məhv etmə gücünə malikdir. Mən bildiyimə görə Azərbaycan bu qırıcılardan 12 ədəd əldə etmək arzusandadır və hər birinə 50 milyon dollar ödəməyə də razılıq verib. Bu təyyarələr gecə ya da gündüz, quruda ya da suda mobil və stasionar bütün hədəfləri məhvetmə gücünə malıkdir.»
Van Hambarsumyan sözlərinə əlavə edərək demişdir: «Ola bilsin ki, ağrılı səslənsin, amma bu təyyarələrin yaxın zamanlarda Azərbaycana gətirilməsi gözlənilir. Azərbaycanın başqa bir üstünlüyü ondan ibarətdir ki, Azərbaycan Hərbi hava qüvvələrində bu təyyarələri asanlıqla istifadə edə bilən personal heyət var. Beləliklə də hərbi texnika baxımından tarazlıq pozulur və Azərbaycan öz arsenalına daxil olan bu hərbi texnika ilə ordusunu daha da gücləndirir. Hələ Pakistandan da alınan bənzər qırıcılar və güclü hərbi avadanlıqlar Ermənistan tərəfi ciddi narahat etməlidir. Eyni zamanda əlavə tədbirlər görməyə vadar etməlidir.«
İSMAYIL TANRIVERDİ
BDU-nun Erməni Araşdırmaları Elmi tədqiqat və tədris Mərkəzinin Böyük elmi işçisi