hemle

Aşkarlanmış kütləvi məzarlıqda kimlər basdırılıb?

Tarix:31-08-2021, 08:43
Baxış Sayı:275

«Azərbaycan bununla bağlı BMT Təhlükəsizlik Şurasına, Beynəlxalq Cinayət Məhkəməsinə ərizə təqdim etməlidir”.

Bu sözləri Sfera.az-a açıqlamasında işğaldan azad edilmiş ərazilərdə kütləvi məzarlıqların aşkarlanmasına münasibət bildirərkən, beynəlxalq hüquq eksperti Fərhad Mehdiyev deyib: «Ola bilsin, kütləvi məzarlıqda tapılan meyitlər Xocalıda qətlə yetirilmiş şəxslərə məxsusdur. Bu, bir soyqırım aktıdır. İtkin düşmüş şəxslərin qohumlarından DNT analizi götürülməlidir”.
Həmsöhbətimiz aşkarlanmış faktla bağlı İrəvanı beynəlxalq məhkəməyə verməyin yollarını da göstərib:

«Buna görə Ermənistanı birbaşa beynəlxalq məhkəməyə verə bilməyəcəyik. Soyqırım cinayəti törədən şəxslərin beynəlxalq məhkəməyə verilməsi üçün Beynəlxalq Cinayət Məhkəməsi üzrə «Roma statusu”nu imzalamalıyıq. Amma nə Azərbaycan, nə də Ermənistan bunu etməyib. Ya da bununla bağlı Beynəlxalq Cinayət Məhkəməsində baxılması üçün BMT Təhlükəsizlik Şurası qərar verməlidir. Digər tərəfdən, Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru öz təşəbbüsü ilə bu işə girişməlidir. Azərbaycan kütləvi məzarlıqlarda tapılan cəsədlərin şəxsiyyətini müəyyənləşdirdikdən sonra Ermənistan barədə tədbirlər görülməsi üçün yuxarıda qeyd etdiyim platformalara ərizə təqdim etməlidir”.
hemlemedia.az

Digər xəbərlər
12:29 Bu gecə Rusiya səması: 105 pilotsuz təyyarə vurulub
12:24 Bu şəxslər hər ay 200 manat ala bilər
10:54 Ukrayna bu sənədi Aİ-yə göndərir: İçində Rusiyaya qarşı görün nələr var
10:51 “Döyüş nöqtəsinə” çatıblar: 2030-cu ilə qədər yarım milyard yeniyetmə bu xəstəliyə tutulacaq
13:21 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
13:16 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
08:33 Hansı hallarda şəxsə təyin edilmiş cəzadan daha yüngül cəza təyin edilə bilər?
08:30 Ən ağıllı insanlar bu qan qrupundan olurlar