hemle

AŞPA vitse-prezidenti: “Azərbaycan torpaqlarını geri qaytarmaqla beynəlxalq hüququn tələblərini reallaşdırıb”

Tarix:11-05-2021, 18:49
Baxış Sayı:256

“Azərbaycan öz ərazisini işğaldan azad etməklə, ümumilikdə beynəlxalq hüququn prinsip və normalarını reallaşdırıb”.

Bunu “Report”a açıqlamasında Ukrayna Ali Radasının xarici siyasət və parlamentlərarası əməkdaşlıq komitəsinin sədri, AŞPA-nın vitse-prezidenti Aleksandr Merejko bildirib.

“Çünki BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi var. Azərbaycan da, sadə dildə desək, bu qətnamələrin tələblərini reallaşdırıb. Burada heç bir problem yoxdur. Beynəlxalq hüququn tələblərinə uyğun olaraq işğala son qoyulub və Azərbaycanın ərazi bütövlüyü təmin edilib”, - o, deyib.

A.Merejko onu da bildirib ki, 30 ildə Ermənistanın işğal olunmuş torpaqlarda törətdiyi dağıntılarla bağlı hər iki tərəfdə olan informasiya əsasında beynəlxalq məhkəməyə müraciət etmək olar: “Bu aqressiya aktının vurduğu ziyanı hesablamaq lazımdır. Lakin bunun beynəlxalq formatda həyata keçirilmə mexanizmi hələ ki, aydın deyil. Azərbaycanın ərazilərini işğal etməklə Ermənistan beynəlxalq hüquq prinsiplərini, ərazi bütövlüyü, suverenlik haqqı və güc tətbiq etməmək prinsiplərini pozub”.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir