hemle

Cahangir Hacıyev Ali Məhkəməyə ŞİKAYƏT VERDİ

Tarix:8-07-2020, 21:21
Baxış Sayı:440

Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbəri Cahangir Hacıyev Cinayət Məcəlləsinə edilən dəyişikliklərlə bağlı cəzasının azaldılmamasına dair məhkəmə qərarı ilə bağlı kassasiya şikayəti verib.

hemlemedia.az saytı “Report” saytına istinadən xəbər verir ki, şikayətə Ali Məhkəmənin hakimi Ələsgər Novruzovun sədrlik etdiyi kollegiya baxacaq.

Qeyd edək ki, Cinayət Məcəlləsinə edilən dəyişikliklərlə bağlı cəzasının azaldılmasına dair Cahangir Hacıyevin ərizəsini Qaradağ rayon Məhkəməsi təmin etməyib, apellyasiya instansiyası da bu qərarı qüvvədə saxlayıb.

Xatırladaq ki, C.Hacıyev mənimsəmə və israf etmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, vergidən yayınma, vəzifə səlahiyyətlərini aşma və digər cinayətlərdə təqsirli bilinərək, əvvəlki cəzası toplanmaqla qəti olaraq 16 il 6 ay azadlıqdan məhrum edilib.

Bakı Apelyasiya Məhkəməsində onun cəzası 3 ay azaldılıb və barəsində 16 il 3 ay azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
hemlemedia.az

Digər xəbərlər
10:13 ELOĞLUM FƏXRİMİZDİ
10:01 Muğla zəlzələsindən sonra mütəxəssislərdən xəbərdarlıq: Sonradan baş verən təkanlar...
09:54 “WhatsApp”a rəqib gəldi
09:51 İran, Rusiya, Azərbaycan, Ermənistan... - ABŞ deyir ki, Türkiyə məharətlə yol tapır
09:46 İranın Azərbaycandakı yeni səfiri odur - Foto
09:40 Maskdan daha bir iddialı plan - Planetin ən böyük binasını tikəcək
09:37 Varlılar 2050-ci ili gözləyirlər: 1000 il yaşaya biləcəklər
09:33 "Haribo"da yenə narkotik maddə aşkarlandı