hemle

Ermənilərin hərbçimizin meyitini yandırması ilə bağlı cinayət işi açıldı - Rəsmi

Tarix:6-01-2021, 18:15
Baxış Sayı:351

Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Ermənistan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və bir mülki şəxs tərəfindən Azərbaycan ordusunun hərbi qulluqçusunun meyitinin yandırılmasını əks etdirən videogörüntü yayılıb.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Azərbaycan Respublikasının Baş Prokurorluğu və Hərbi Prokurorluq tərəfindən aparılmış təhlil zamanı həmin videogörüntünün reallığı əks etdirməsi müəyyən edildiyindən, qeyd edilən fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilməklə təqsirli şəxslərin müəyyən edilərək, mövcud hüquqi mexanizm və beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilməsindən ötrü mümkün olan bütün tədbirlərin görülməsi təmin edilməklə ictimaiyyətə geniş məlumatın verilməsi təmin ediləcək.

Bununla yanaşı, bu kimi videogörüntülərlə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən cinayət işlərinin başlanılmaqla müvafiq araşdırmaların aparılıb ictimaiyyətə ətraflı məlumatın verilməsinə baxmayaraq, təəssüf ki, Ermənistan tərəfi Azərbaycan hərbi qulluqçularına və mülki şəxslərinə qarşı cinayətlərin törədilməsi faktlarına dair araşdırma aparmır, cinayət törətmiş şəxslərin cəzalandırlmasından ötrü heç bir tədbir görmür.

Azərbaycan Respublikasının Baş Prokurorluğu Ermənistan hüquq mühafizə orqanlarını analoji addımlar atmaqla beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycan vətəndaşlarına qarşı törədilmiş hərbi cinayətlərlə bağlı ciddi hüquqi təsir tədbirləri görməyə, açıq və ədalətli araşdırma aparmağa və dünya ictimaiyyətini məlumatlandırmağa çağırır.

Digər xəbərlər
09:50 Xarkovda 40 partlayış qeydə alındı - Yaralılar var
09:44 İctimai nəqliyyatda yüksək səslə videoya baxanlarla necə "mübarizə" aparaq?
09:38 Kosmetik vasitələrin dəhşətli fəsadları üzə çıxdı: Mütəxəssisdən XƏBƏRDARLIQ
09:34 Sakit okeanın səviyyəsi yüksəlir: Ada dövlətləri yox ola bilər - XƏBƏRDARLIQ
09:32 Azərbaycana keçdiyi bildirilən 2 ermənidən xəbər var
09:29 "Youtube"da nasazlıq yarandı
09:27 Bakı bulvarında sakinləri narahat edən kəskin qoxunun səbəbi bilindi
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?