İbrahimxəlilova Zeynəb Şəmsətdin qızı ( Zeynəb Dərbəndli) Dağıstan Respublikası Dərbənd rayonunun Rükəl kəndində, fəhlə ailəsində doğulub. Anadangəlmə gözləri zəyif görür, albinoz fosfor adamdır. Uşaqlığdan ürəyi şeir və musiqi ilə döyünüb. İki ay hazırlıq sinifinə gedən Zeynəb, yağışlı gün ayağı sürüşüb yıxıldığda atası onu məktəbdən saxlayır. Rükəl kəndi Çənlibəl kimi bir kənd olduğundan enişli cığırlı bir kənddir. O gündən Zeynəb məktəbə getmədi. Amma yazıb oxumağı öz özünə öyrənir, anası ona müəllimlik edir. Zeynəb uşaqlıq arzularından məhrum olur. Onun məktəbli olmağ arzusu yarıda qalır. 11 yaşında atasını itirən Zeynəb həyatdan daha bir zərbə alır. Onun ürəyinin ağrı acılarını bölüşməyə qələm varağla birləşir. Atasının ölümündən sonra, anası ilə tək qalan Zeynəb həyatdan küşkünləşir, həmdəmini varaqda tapır. 1997 ci ildə şeirlərini kitab etmək qərarına gələn Zeynəb, bu arzusuyla dostlara müraciət edir. Ömür karvanı adında şeir toplusu çap etmək qərarına gəlir. Redaktadan çıxan şeirləri yoxa çıxır və bu Zeynəbə daha bir zərbə olur. Redaktor onları gətirdiyini deyir, amma şeirlər sanki göyə çəkilir. Həmçinin də atasından sonra anasınında gözləri tutulur. 2008 ci ildə anası bərk xəstələnir və Zeynəbi yanına çağırıb ona vəsiyyət edir. "Qızım görürsən mən gedirəm, mənə söz ver ki, sən yazıb yaradacağsan. Azərbaycan səni qəbul edəcək, sən babanın məmləkəti Türkiyəyə gedəcəksən, və ordan babanın məzarına bir ovuc torpağ gətirəcəksən." Zeynəb ağlaya - ağlaya anasına söz verir. Bu gün Zeynəb Azərbaycanda sevilən şairə müğənnidi, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. İraq Türkmən Yazarlar Birliyinin üzvüdür. Bir çox mükafatlar alıb. Kaş Anası indi sağ olaydı, Zeynəbin uğurlarına sevinərdi. Amma kaş Atası onu məktəbdən saxlamazdı. Zeynəb onun dərdini də çəkməzdi. Bu gün Zeynəb öz səsi nəfəsi şeirləri ilə, ürəklərdə yurd salıb, amma uşağlığ arzuları hələdə göyərmədi.
hemlemedia.az