"TARİXİN QARA SƏHİFƏLƏRİ: Deportasiya. Soyqırım. Qaçqınlıq" kitabından alıntı
REDAKSİYADAN: Tez-tez eşidirik, yeri gəldi, gəlmədi, xalq deyir ki, bizim ziyalımız yoxdur. Həqiqətləri yazmayıblar ki, bilək. Amma o yoxluğun içində sizə lazım olan bilgiləri yazanlar da az deyil. Ziyalının işi yazmaqdır. Sizin işinizsə oxuyub nəticə çıxartmaqdır. Lakin bu az yazılanı belə oxumursunuz və ona görə də elə bilirsiniz ki, kimsə yazmayıb. Gözləyirsiniz ki, mürgülü halda uzandığınız yerdə ziyalı gəlib öz yazdığını sizin üçün oxuyacaq və sizin yerinizə də nəticə çıxaracaq. Tanınmış iki alimimizin bu kitabını oxuyun və çox şeyləri biləcəksiniz. Bizim razılaşmadığımız bəzi məqamlar olsa da çox dəyərli bir əsərdir. Zəhmət olsa da OXUYUN!
(Əvvəli: http://fedai.az/index.php?newsid=3316, http://fedai.az/index.php?newsid=3330, http://fedai.az/index.php?newsid=3353)
İRANDAN ERMƏNİLƏRİN KÖÇÜRÜLMƏSİ
1828-ci il fevralın 10-da bağlanan Türkmənçay müqaviləsinin 15-ci maddəsinə əsasən İranda yaşayan ermənilərə sərbəst surətdə Rusiyanın himayəsinə keçmək hüququ verilirdi.
Hökumət və yerli rəisliyin heç bir maneçiliyi olmadan onların satlıq malına və ya əmlakına, əşyalarına hər hansı gömrük və vergi qoyulmadan daşınan mülkünü aparmaq və satmaq üçün bir il, daşınmaz mülkə gəldikdə isə, onun satılması və ya onun haqqında özxoşuna sərəncam /vəkalət/ üçün 5 illik müddət müəyyən edilmişdi.1
Lakin ermənilərin köçürülməsi üçün hazırlıq işlərinə hələ 1827-ci ilin may ayında Paskeviçin Peterburqdan xüsusi tələbnamə əsasında ermənilər arasında nüfuza malik olan
polkovnik Lazarevi /Eqiazar Lazaryan/ öz sərəncamına götürməsi vaxtından başlanmışdı.
Oktyabrın əvvəlində artıq Lazarev Cənubi Azərbaycan erməniləri arasında iş aparmaq üçün ayrılan dəstənin tərkibində idi və sonralar Təbrizin komendatı təyin edilmişdi. Məhz Rusiyanın İrandakı səfiri A.S.Qriboyedovun təşəbbüsü ilə İran ermənilərinin işğal edilmiş yeni ərazilərə köçürülməsi məsələsi meydana çıxdıqdan sonra, Rusiya hökumətinin İranla sərhəd boyu ərazilərə 80 min kazakın köçürülməsi layihəsi qüvvədən düşmüşdü.
QƏRBİ AZƏRBAYCANA ERMƏNİLƏRİN KÜTLƏVİ AXINI VƏ AZƏRBAYCANLILARIN İLKİN QAÇQINLIQ DÖVRÜ (XVII-XIX ƏSRLƏR)
Hələ 1827-ci ilin noyabrında Dehqarqanda keçirilən danışıqlar vaxtı Qriboyedovla Paskeviç görüşərkən arxiyepiskop Nersesin Xoydan göndərdiyi nümayəndələri onlardan ermənilərin köçürülməsi qayğısına qalmağı xahiş etmişdilər. Dekabr ayında Paskeviç Tiflisin hərbi qubernatoru Sinyaginə göndərdiyi məktubda qeyd etmişdidi ki, Urmiya ətrafında yaşayan 15 min yunan və erməni Rusiyanın əyalətlərinə köçmək istəyirlər. Sinyakin isə onların İrəvan və Naxçıvan əyalətlərində yerləşdirilməsi fikri irəli sürmüşdü.
Türkmənçay müqaviləsi imzalandıqdan dərhal sonra, fevralın 14-də Lazarev elə oradaca Paskeviçə göndərdiyi rapotunda xatırladırdı ki, ermənilər müharibə zamanı qələbəmiz üçün mümkün olanı etmişlər və indi evlərini qoyub Rusiya əyalətinə keçmək istəyirlər. Ermənilərin sürətlə və rahat köçürülməsi üçün Lazarev təklif edir:
1) Köçürmə işlərinə rəhbərlik etmək üçün ona Paskeviç kağız versin və həmin kağızda köçənlərə verilən güzəştlər göstərilsin;
2) Köçürmə işlərinə rəhbərlik etmək üçün erməni dilini bilən lazımi qədər ştab və ober zabitlər təyin etmək onun ixtiyarına verilsin;
3) İqlim şəraitinə görə köçürmə işləri ləngiyə biləcək yerlərdə rus ordusu orada gözləsin və ordu köçənləri müşaiyət etsin;
4) Kasıb köçkünlər üçün xəzinədən vəsait ayrılsın.
Paskeviç bu təkliflərin yerinə yetirilməsi üçün fevralın 26-da Lazarevə və fevralın 29-da İrəvan muvəqqəti idarəsinə xüsusi təlimat göndərir. Lazarevə verilən 19 maddəlik təlimatda göstərilir: köçürülən xristianlardan ticarətlə məşğul olanlar şəhərlərdə yerləşdiriləcəklər ki, yenə ticarətlə məşğul olsunlar; kəndlilərə kifayət qədər münbit torpaq ayrılacaq və onlar 6 il müddətinə vergilərdən, üç il isə torpaq mükəlləfiyyətindən azad ediləcəklər; köçməyə hazır olan ailələrə onlara veriləcək güzəştlər haqqında xüsusi formada vərəqlər verilməlidir; köçürülənlər kəndlər üzrə partiyalara ayrılmalı, hər partiyada 150 -dən 300-ə qədər ailə olmalıdır;
köçürülənləri İrəvan və Naxçıvan əyalətlərinə istiqamətləndirmək lazımdır ki, həmin ərazilərdə xristian əhalisi mümkün qədər artırılsın; hər partiyanı müşayiət etmək üçün ermənicə bilən bir zabit və 2-5 kazak ayrılsın; köçkün partiyaları yola çıxan kimi, dərhal İrəvan müvəqqəti idarəsinə ailələrin sayı, onların yaşadıqları ərazinin iqlim şəraiti, məşğuliyyətləri, malik olduqları sürülər və sərhədə yetişəcəkləri təxmini vaxt haqqında xəbər göndərmək lazımdır.
Rus qoşunlarının müqaviləyə əsasən geri çəkilmə prosesi martın 8-dən etibarən Marağadan başlandığı üçün, ilk növbədə orada yaşayan erməniləri köçürmək nəzərdə tutulmuşdu. Qarabağa yaxın ərazidə yerləşən Üzümçü kəndinin və ətraf kəndlərin ermənilərini Qarabağda yerləşdirmək qərara alınmışdı.
Kasıb ailələrə kömək üçün xəzinədən 25 min manat gümüş pul ayrılmışdı. Lazarevin və ona təhkim edilən erməni zabitlərinin vəzifəsi köçürülənlərin sərhədə çadırılması ilə bitmiş hesab edilirdi. Bundan sonra işlərə rəhbərlik İrəvan müvəqqəti idarəsi yanında yaradılan Komitəyə həvalə edilirdi. Komitə köçkün partiyalarını sərhəddə qarşılamaq üçün heyət göndərməli idi.
Həmin heyət onları yeni yaşayış məntəqəsinədək müşayiət edirdi. Qarabağ üzrə bu vəzifə gömrük hərbi-dairəsinin rəisi, knyaz Abxazova həvalə edilmişdi.
QƏRBİ AZƏRBAYCANA ERMƏNİLƏRİN KÜTLƏVİ AXINI VƏ AZƏRBAYCANLILARIN İLKİN QAÇQINLIQ DÖVRÜ (XVII-XIX ƏSRLƏR)
Paskeviç İrəvan müvəqqəti idarəsinə verdiyi 16 maddəlik təlimatında göstərirdi ki, Komitə köçürülən ailələrin sayına uyğun torpaq sahəsi ayırmalı və onların nəzərdə tutulan
yerlərdə məskunlaşmasına rəhbərlik etməlidir. Komitə çalışmalıdır ki, köçürülən kəndlər əvvəlki ərazilərdəki kimi ayrıca və qonşuluqda yerləşdirilsinlər. Dağlıq şəraitində yaşamışlar dağlıq yerdə, düzənlikdə yaşayanlar isə düzənlikdə yerləşdirilməlidir ki, onlar mümkün qədər xəstəlik və ölümdən xilas olsunlar, onların adət-ənənələrinin və təsərrüfat vərdişlərinin saxlanmasına
şərait yaransın. Müsəlmanların yaşadıqları kəndlərdə xristianların yerləşdirilməsindən uzaq qaçmaq, xristianlardan ibarət ayrıca dairə və mahallar təşkil etmək lazımdır. Müsəlman /xristian/ kəndlərinin əhatəsində yaşayan xristianları /müsəlmanları/ öz dindaşlarının yanına köçürmək lazımdır. Köçürülənlər mülkədar torpaqlarında deyil, dövlət torpaqlarında yerləşdirilməlidirlər.
Yeni məhsul götürənədək ilkin taxıl səpini üçün köçürülənlərə bərabər miqdarda borc verməli, təsərrüfatın dirçəldilməsi üçün götürülən borc faizsiz olaraq, dörd ildən sonra altı il müddətinə ödənilməlidir. Məskunlaşdırmaq üçün yer seçərkən sağlamlıq üçün şərait və yaxşı suyun olması nəzərə alınmalıdır. Hər bir ailənin yerləşdirilməsi haqqında xüsusi formada hesabat və çəkilən ümumi xərclərin hesabatı müəyyən edilməlidir.
Lakin sonralar hər iki təlimatın tələbləri bir çox hallarda pozulmuşdu. Lazarev və onun yerlərə göndərdiyi nümayəndələri Türkmənçay müqaviləsini və onlara verilən təlimatı pozaraq erməniləri könüllü deyil, zorakılıqla köçürməyə cəhd göstərirdilər. Bununla əlaqədar Abbas Mirzə iki dəfə polkovnik Lazarevə müraciət edir ki, onun itaətində olan zabitlərin erməniləri zorla köçürməsi hallarına son qoysun və Türkmənçay müqaviləsinin şərtlərinə əməl etsin.
Salmas monastrının yepiskopu İzraeli ermənilərin zorla köçürülməsinə maneçilik törətdiyi üçün arxiepiskop Nerses qraf Paskeviçə müraciət edərək xahiş edir ki, Xoydakı yerli komendata göstəriş versin ki, İzraelini bu işdən çəkindirin və cəzalandırmaq üçün onu Eçmiədzinə göndərin.
Eyni zamanda Abbas Mirzə də Rusiya ilə İranın yeni sərhədləri boyunca ermənilərin kütləvi surətdə yerləşdirilməsindən ehtiyat edirdi. Ona görə də ermənilərin kütləvi surətdə köçürülməsinə maneçilik göstərməyə çalışırdı. Bunun üçün onun nümayəndələri yerlərdə olur,
erməniləri dilə tutur və əgər köçməzlərsə, onları 6 il müddətində verkilərdən azad etməyi vəd edirdilər.
QƏRBİ AZƏRBAYCANA ERMƏNİLƏRİN KÜTLƏVİ AXINI VƏ AZƏRBAYCANLILARIN İLKİN QAÇQINLIQ DÖVRÜ (XVII-XIX ƏSRLƏR)
Köçürmə işlərinin ləngidiyini və maneçilik göstərildiyini görən Lazarev 1828-ci il martın 30-da xristianlara müraciət edir. O, müraciətin əvvəlində bəzi bədxahların yalan məlumatlaryayaraq köçmək istəyənləri qorxuya saldıqlarını qeyd etməklə bərabər, Rusiyanın onlara vəd etdiyi güzəştləri sadalayır. O, yazırdı: “Rusiyada siz Əlahəzrətin digər təbəələri kimi, bərabər hüquqlu olduğunuzu görəcək, bütün əziyyətləri unudacaqsınız, orada siz xristianların məskunlaşdırıldığı yeni vətən əldə edəcəksiniz və müqəddəs dininizin alçaldılmasını bir da iş görməyəcəksiniz.
İranın müxtəlif əyalətlərinə səpələnmiş xristianların bir yerə cəmləşdiyini görəcəksiniz. Tələsin!
Vaxt qiymətlidir. Tezliklə rus qoşunları İranı tərk edəcək, o zaman sizin köçməyiniz çətinləşəcək və biz sizin təhlükəsiz köçməyinizə cavabdeh olmayacağıq. Azca itkiyə məruz qalsanız da, qısa zamanda hər şeyə nail olacaqsınız, özü də həmişəlik olaraq.”
Lazarevin müraciətinin ermənicə mətni İranda yaşayan ermənilər arasında yayılmışdı.
1828-ci il martın 9-da Lazarev Xoydan Paskeviçə yazdıqı rapotunda göstərmişdi ki, artıq 4500 ailə köçürülərək Araz çayının o tərəfinə gətirilmişdir.
Mayın 27-də göndərdiyi raportunda isə təxminən 500 ailə müsəlman kürdlərinin Kürdüstandan İrəvan əyalətinə köçmək niyyətində olduqlarını bildirmişdi.
Lakin fevralın 29-da Lazarevə köndərilən məktubla müsəlmanların köçürülməsinə imkan verməmək tapşırılmışdı.
Köçürülənlərin mülkədar torpaqlarında yerləşdirilməsi haqqında Paskeviçin verdiyi təlimatın əksinə olaraq ermənilərin böyük hissəsi həmin torpaqlarda yerləşdirilmişdi. Müəllifin Qriboyedov olduğu ehtimal edilən “Ermənilərin İrandan bizim vilayətlərə köçürülməsi haqqında qeydlər” də göstərilir ki, ermənilərin mülkədar torpaqlarında yerləşdirilməsi bir yana, müsəlmanların yerini dar eləmələrinə baxmayaraq, üstəlik, onlara güzəştlər verilir. Halbuki, ziyan çəkən tərəf müsəlmanlardır.
(Ardı var)
QƏRBİ AZƏRBAYCANA ERMƏNİLƏRİN KÜTLƏVİ AXINI VƏ AZƏRBAYCANLILARIN İLKİN QAÇQINLIQ DÖVRÜ (XVII-XIX ƏSRLƏR)
fedai.az saytı"TARİXİN QARA SƏHİFƏLƏRİ: Deportasiya. Soyqırım. Qaçqınlıq" kitabından alıntı