hemle

Faiq İsmayılova həkmarlarından yubiley təbriki – ATƏŞ.AZ

Tarix:14-01-2017, 13:35
Baxış Sayı:2 087

Rada Abbas: (QHT sədri) Faiq İsmayılov dəyərli ziyalidir. Uzun illərdir Azərbaycan xalqının haqq davası olan Qarabağ davasında təmənnasız yorulmadan çalışır. Çox dəyərli töhvə verir.Hər kitabı bir elmi işin əyani vəsaiti olan Faiq İsmayılov tanıdığım ən ləyaqətlı insanlardandır. Təmənnasız dost, ləyaqətli ailə başçısı, ürəyi vətən sevgisi ilə dolu Azərbaycan türküdür. Bu günlərdə Faiq müəllim Azərbaycan Memarlar İttifaqınında üzvü seçildi. Bu münasibətlə Faiq İsmayilovu ayrıca təbrik edirəm. Belə bir dostum olduğu üçün qürurluyam.Bu gün Faiq İsmayılovun doğum günüdür təbrik edirəm yaxşı ki, Allah bizə belə ziyalılar nəsib edib.

Mehriban Abdullayeva: (QHT sədri) Faiq müəllimə can sağlığı, uzun ömür, işlərində uğurlar arzulayıram. Arzu edirem ki, növbəti ad günlərini doğma Qarabağımızda Laçında keçirsin, insallah.100 yaşını təbrik edek. Hər zaman ailəsinin başinda olsun.

Fatma Aktaş:(QHT sədri, Hollandiya) Qiymətli can Dostum Faiq bəy, kilometrlər uzaqda olsa da, dostluğumuz eyni səmanı paylaşdığımız müddətcə daim bu dostluğu qoruyub saxlayacağam.Diləyim bu gün bütün diləklərin gerçək olmasıdır. Bəlkə yanınızda deyiləm amma bilin ki, ürəyimin ən dərin yerində bu günü sizinlə qeyd edirəm.Həyatı məğlub edəcək qədər güclü, həyatdan gözləmələrini alacaq qədər ümidli, ümidini itirməyəcək qədər inanclı, xoşbəxt və sevgi dolu günlər sizin olsun can dostum. Dostlar ulduzlar kimidir, onları hər vaxt görə bilməzsən amma sənin üçün hər zaman var olduqlarını və səni düşündüklərini bilərsən! Uzun illər əvvəl mənə can Azərbaycanımızda sirdaş oldunuz, dost oldunuz, hər şeydən əvvəl qardaş oldunuz. Sizi unutmaq mümkün deyil. Ürəklər həmişə birlikdə vuracaq. Yaxşı ki, doğulmuşsunuz.

Leyla Qasımova:(Gənc lider) Əziz, dost, yaşınız ötdükcə sizi daha gözəl və müdrük edir və bizləridə sizin dostunuz olduğumuz üçün qürur hissini yüksəldir. Sizlər insanın malik olacağı hər bir şeyin gözəlinə layiqsiniz. Sizə bu yaşınızda qəlbinizdə olan mühüm və əlçatmaz arzularınızın həyata keçməsini diləyirəm. Arzu edirem növbəti doğum gününüzü Qarabağda qeyd edəsiniz.

Əminə Vəliyeva: (Qarabağ qazisi) Hörmətli Faiq bəy həqiqətən Tanrının seçilmiş sevimli bəndələrindəndir. Allah Faiq bəydən heç nəyi əsirgəməyib.Faiq bəy sadəliyi, kübarlığı, ziyalılığı və ən əsas böyük ürəyi olan İnsandır. Faiq bəy doğum gününüzü təbrik edir sizə Allahdan can sağlığı arzulayıram. Atdığınız hər addım sizə uğur gətirsin.

Zaur Qəriboğlu: (QHT sədri) Faiq müəllim hər şeydən öncə əsl ziyalılıq nümunəsidir. Mənim Faiq İsmayılova sonsuz sayğım var. Arzu edərdim ki, bütün ziyalılar Faiq müəllim kimi təkcə savadlı yox, həm də mədəni və tərbiyyəli olsunlar. Dəyərli Faiq müəllimə uzun və sağlam ömür arzu edirəm. Faiq İsmayılov şəxsiyyəti bizim cəmiyyətə çox lazımdır.

ATƏŞ.AZ

Digər xəbərlər
10:45 “Bu dəmir yolu bizə milyardlar gətirəcək” - Paşinyan Zəngəzur dəhlizindən danışdı
10:43 Bu səs texnologiyası hərəkət xəstəliyinin yüngülləşdirilməsində kömək edə bilər
10:38 "B" vitaminlər qrupu: Nə ilə yaxşı mənimsənilir, nə zaman qəbul edilməlidir?
10:35 Kamçatka vulkanında "qaynayan qazan" tapıldı
10:32 Bu gün hava necə olacaq? - PROQNOZ
10:30 "YouTube"un "Shorts" videoları ilə bağlı XƏBƏRDARLIQ - Fəlakətdir...
10:28 Tramp ABŞ-ın rüsumlardan əldə etdiyi gəlirləri AÇIQLADI
22:06 Bakı ilə saziş imzalanmalı, ATƏT-in Minsk Qrupu buraxılmalıdır - Rəsmi İrəvan