hemle

Ermənilər sosial şəbəkələrdə azərbaycanlı adı ilə təxribata başladılar - FOTO

Tarix:21-09-2020, 23:19
Baxış Sayı:408

Xəbər verdiyimiz kimi, ötən gecədən etibarən Tovuz istiqamətində vəziyyət yenidən gərginləşib.

ATESH,AZ saytı xəbər verir ki, BAKU.WS-in əldə etdiyi məlumata görə, ermənilər sosial şəbəkə vasitəsi ilə Azərbaycan dilində mesajlar yazmağa və hərbi sirri əldə etməyə çalışır. Uğur Rzayev adlı şəxs ona ermənidən gələn mesajı saytımıza belə şərh edib:

“Öncə Ranar Cabbarov adlı şəxsdən mesaj gəldi. Azərbaycanlı olduğunu bildirib, cəbhədə vəziyyətin necə olduğunu soruşdu. Daha sonra “Ermənistana hücum olacaqmı?” sualını verdi. Onun erməni olduğunu başa düşüb, söyüb bloka atdım. Yenidən ona mesaj yazmaq istəyirdim deyə, blokdan çıxartdım. Çıxartdıqda isə həmin şəxsin adı Berik Koçaryan yazılmışdı. Xahiş edirəm, bir azərbaycanlı kimi, bütün Azərbaycan xalqı bir olaq, oyaq olaq, düşəmənə hərbi sirr verməyək”.

Sosial şəbəkələrdə aktiv olan vətəndaşlarımıza diqqətli olmalarını, cəbhə və hərbi məsələlərlə bağlı heç bir şərh və mesaj yazmamalarını tövsiyə edirik.
ATESH,AZ


Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir