hemle

ERMƏNİLƏRİN ATDIĞI MƏRMİ YUXARI ÖYSÜZLÜ KƏND SAKİNİNİN HƏYƏTİNƏ DÜŞDÜ

Tarix:14-07-2020, 22:13
Baxış Sayı:609

Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Artsrun Ovannisyan (sabiq mətbuat katibi) ölən erməni əsgərləri arasında müddətli həqiqi hərbi xidmətdə olan iki hərbçinin olması barədə ittihamlara cavab verib.

ATEH.AZ saytı ONN media agentliyinə xəbər verir ki, Ovannisyan onların ön cəbhədə deyil, daha arxadakı hissəyə endirilən zərbə nəticəsində öldüyünü bildirib.

“Elan etdiyimiz kimi, ön cəbhədə müddətli həqiqi hərbi xidmətdə olan əsgər yoxdur. Onlar arxa hissədə xidmətdə ikən endirilən zərbə nəticəsində ölüblər”, – o deyib.

A.Ovannisyan hazırda sərhəddə hərbi əməliyyatın davam etdiyini, ona görə də təkcə ön cəbhədəkilərin deyil, bütün bölmələrin hərbi vəziyyətdə olduğunu bildirib.

Qeyd edək ki, bundan öncə Ermənistan MN ön cəbhədə yeni çağırışçıların olmadığını bildirmişdi. Ölənlər arasında müddətli hərbi xidmətdə olan iki şəxsin olması isə MN-in yalan məlumat yaydığı haqda ictimaiyyətdə rəy yaradıb.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi cəza əməliyyatının davam etdiyini, ermənilərin cəbhə xəttinin dərinliklərində yerləşən atəş nöqtələrinə də zərbələr endirildiyini, düşmənin 100-dən artıq itkisinin olduğunu açıqlayıb.

Buna baxmayaraq, ermənilər yalnız bu gün 6 əsgərlərinin öldüyünü etiraf ediblər. Digər itkiləri isə hələ də gizlədirlər.

ATESH,AZ

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı