hemle

Azərbaycanlı xakerlər erməniləri təşvişə salmaqdadırlar

Tarix:6-06-2020, 17:43
Baxış Sayı:559

www.Fedai.az
Azərbaycanlı xakerlər, xüsusən də Anti-armeniya Team qrupu erməniləri təşvişə salmaqdadırlar.

Erməni saytı «Erkramas», «Чем же занято СНБ?» adlı yazıda bildirmişdi (19.10.2019): «Azərbaycanlı xakerlər Ermənistan Baş nazirinin saytını dağıdıb və Azərbaycan Prezidenti İlham Əliyevin Valday-2019 forumundakı nitqinin videosunu yükləyiblər.

Hack nəticəsində xakerlər İlham Əliyevin Valday-2019 forumundakı çıxışını yayınlayıblar.

Yalnız 2 saatdan çox sonra sayt bərpa edilib.»

«Новости Армении — NEWS.am», Panorama.am və Aysor.am saytları isə, (20.03.2020) bizim xakerlərin yaydığı dezinformasiyalardan qorunmaq yollarını tövsiyyə edən yazı dərc edib: «Koronavirusun yayılması ilə əlaqədar müxtəlif problemlərin həllinə yönəldilmiş profilaktik tədbirlər çərçivəsində Ermənistanın Milli Təhlükəsizlik Xidməti qanuna uyğun olaraq gündəlik informasiya məkanlarında və sosial şəbəkələrdə yayılan xəbərləri izləyir.

MTX-nin mətbuat xidmətindən verilən məlumata görə, sosial şəbəkələrdə qeydiyyata alınmış istifadəçilərin Ermənistanda uydurma koronavirus hadisələri barədə yanlış məlumatlar yayanları aşkar edib.

Tədqiqat nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikasından olan xakerlər ayrı-ayrı erməni istifadəçilərinin səhifələrini dağıdıb, yanlış məlumatlar yayırlar.

Ermənistan Milli Təhlükəsizlik Xidməti, sosial şəbəkə istifadəçilərini, hesabları ilə bağlı təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət etməyə və xalqı yalnız rəsmi mənbələrdən gələn xəbərlərə etibar etməyə çağırıb».

Başqa bir qrup isə Talış qardaşlarımızın adından istifadə edib separatçılıqla məşğul olan erməni Zabilin profilində də düzəliş ediblər. Əllərinə sağlıq.

E. Səlim

Digər xəbərlər
14:43 Bu gün ədliyyə işçilərinin peşə bayramıdır
14:38 Alimlər vaxtı müəyyən etmək üçün yeni üsul təklif etdi: Zaman ölçüsünü kim yaradıb?
14:35 Hazırlıq başladı: Ermənistan ehtiyatda olan zabitləri bu tarixdə toplayır
14:33 Xəbərdarlıq edildi: 30 milyon insan ölə bilər - Ən çox bu ölkələr zərbə alacaq
14:31 Qazaxın işğaldan azad olunan kəndlərində hazırkı vəziyyət necədi?
14:28 Putin Qərbi yenə də aldatdı: Kiyevə nüvə zərbəsi gözləyirdilər, amma...
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ