hemle

“Azəriqaz” İB-nin baş direktoru Bərdə və Tərtər sakinlərinin müraciətlərini dinlədi

Tarix:Dünən, 21:58
Baxış Sayı:614

Aprelin 18-də SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun Bərdə şəhərində növbəti vətəndaş qəbulu keçirilib.

Bərdə rayon Yeni Azərbaycan Partiyasının inzibati binasında baş tutan görüşdə Birliyin baş direktoru Azər Məmmədov Tərtər və Bərdə rayonlarından olan vətəndaşların müraciətlərini dinləyib. Birliyin baş direktoru görüşdə iştirak edən 60-dan artıq vətəndaşın hər birini fərdi qaydada dinləyib. Qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər məsələlərin isə araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti struktur bölmələrə göstəriş verilib.

Görüş zamanı müraciət edən sakinlərə fərdi mənzillərin qazlaşdırılması, sayğac quraşdırılması, qaz xəttinin yerinin dəyişdirilməsi, işə qəbul prosesi və s. məsələlərlə bağlı prosedurlar barədə də ətraflı məlumat verilib. Ünvanlanan müraciətlərin icrası nəzarətə götürülüb və nəticələri barədə vətəndaşlara əlavə məlumatların veriləcəyi bildirilib.

Digər xəbərlər
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ
14:00 Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirən şəxslər saxlanıldı
13:53 Rusiya bu ölkələrlə əməkdaşlığı dayandırdı: Səbəb nədir?
22:18 Müavinət və təqaüd alanlara şad xəbər: Növbəti artım...
22:17 Bakı metrosunda ediləcək dəyişikliklərlə bağlı daha bir rəsmi açıqlama
22:14 Azad olunmuş ərazilərə bu il nə qədər pul xərclənib?