hemle

SOCAR-ın "Azəriqaz" İB-nin baş direktoru Şamaxı və Qobustan rayon sakinlərinin müraciətlərini dinlədi

Tarix:13-06-2024, 16:10
Baxış Sayı:813

SOCAR-ın "Azəriqaz" İB-nin baş direktoru Şamaxı və Qobustan rayon sakinlərinin müraciətlərini dinlədi
Vətəndaş qəbulunda Birlik rəhbəri ilə yanaşı, qurumun Ağsu Regional qaz istismarı İdarəsinin məsul şəxsləri də iştirak ediblər. Görüşdə Şamaxı və Qobustan rayonlarından olan vətəndaşların problem və təklifləri dinlənilib. Müraciətlər zamanı Sabir qəsəbəsinin qazlaşdırılması, yeni yaşayış massivlərinə, həmçinin kəndlərə küçə qaz xəttinin çəkilməsi, işə qəbul, qaz xəttinin və sayğacın yerinin dəyişdirilməsi, fərdi yaşayış evlərinin qazlaşdırılması ilə bağlı məsələlərə toxunulub. "Azəriqaz" İB-nin baş direktoru Azər Məmmədov qəbula üz tutan 50-yə yaxın vətəndaşı fərdi olaraq dinləyib və qaldırılan məsələlərin həlli istiqamətində sakinlərə köməklik göstərilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib. Birliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti orqanlara çatdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ