hemle

16 sakini Kərimli kəndində bir araya gətirən 6 səbəb...

Tarix:26-02-2024, 22:46
Baxış Sayı:10

16 sakini Kərimli kəndində bir araya gətirən 6 səbəb...

“Səyyar qəbul otağı” həftənin ilk iş günü Oğuz rayonunda təşkil olunub. Kərimli kəndində baş tutan aksiyada ümumilikdə 16 müraciət ünvanlanıb. Adıçəkilən kəndin yeni yaşayış massivindən qatılan sakinlər təbii qazla təmin olunmalarını xahiş ediblər. Digər kəndlərdən təşrif buyuran abonentlərin istəkləri isə qaz sayğacının yenisi ilə əvəzlənməsi və qaz xəttinin yerinin dəyişdirilməsindən ibarət olub. Mikrofon önündə digər problemlərlə bağlı müraciətlər də səsləndirilib ki, bunlar da fərdi yaşayış evinin qazlaşdırılması, qazın təzyiqin bəzən zəif olması və qapı keçidinin quraşdırılmasını əhatə edib. Hər bir müraciət aidiyyəti üzrə yönləndirilməsi üçün Zaqatala RQİİ-nin məsul şəxsləri tərəfindən qeydiyyata alınıb.

Digər xəbərlər
16:38 Evdə "Wi-Fi" istifadə edənlərin NƏZƏRİNƏ
16:33 KİV: Rusiya yaxın zamanlarda Kiyevdəki hökumət binalarını vura bilər
16:29 Rusiyanın uyğunsuzluq aşkarladığı sosiskalar Azərbaycana idxal olunub? - Rəsmi açıqlama
12:52 Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq
12:49 Xərçəngi 10 günə öldürən vitamin açıqlandı
12:46 Sabunçu bazarında yanğın baş verdi - Video
12:28 Alkoqol 7 növ xərçəngə səbəb olurmuş
12:22 Vanqadan qalmaqallı proqnoz: İnsanlar bu il ilk dəfə yadplanetlilərlə tanış olacaq