hemle

Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq

Tarix:Bu gün, 12:52
Baxış Sayı:488



Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mayın 21-də keçirilmiş iclasında "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" qanun layihəsi ikinci oxunuşda səsverməyə çıxarılıb və qəbul olunub. Bununla da Muxtar Respublikanın Konstitusiyasının dəyişdirilməsi ilə bağlı ilk mərhələ yekunlaşıb.

Bu barədə Milli Məclisin deputatı Müşfiq Cəfərov açıqlamasında bildirib.

O qeyd edib ki, buna baxmayaraq, hələ qarşıda iki prosedur qalıb:

"Ali Məclisin sədri qanunu imzalamalı və təsdiq olunmaq üçün Azərbaycan Milli Məclisinə təqdim etməlidir. Təbii ki, ərazi bütövlüyü təmin olunan dövlətimizin idarəetmədə müəyyən dəyişiklik etməsi gözlənilən idi. Baş verən proseslərdən sonra Naxçıvan Konstitusiyasında da dəyişikliklərə ehtiyac duyulurdu. Əslində, son beş ildə belə bir zərurət yaranmışdı. Ali Məclisin sessiyasında da həmin məsələlərə baxıldı və sənəd ikinci oxunuşda qəbul edildi. Artıq layihə Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunacaq".

Deputat söyləyib ki, Naxçıvan Ali Məclisində hansı islahatların və dəyişikliklərin olacağı ilə bağlı detalları hələ ki söyləmək mümkün deyil:

"Çünki layihə Milli Məclisə təsdiq üçün göndərildikdə dəyişikliklərlə tanış ola biləcəyik. Ona görə də bu məsələnin detalları ilə bağlı əlavə nəsə söyləyə bilmərəm".

Digər xəbərlər
16:38 Evdə "Wi-Fi" istifadə edənlərin NƏZƏRİNƏ
16:33 KİV: Rusiya yaxın zamanlarda Kiyevdəki hökumət binalarını vura bilər
16:29 Rusiyanın uyğunsuzluq aşkarladığı sosiskalar Azərbaycana idxal olunub? - Rəsmi açıqlama
12:52 Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq
12:49 Xərçəngi 10 günə öldürən vitamin açıqlandı
12:46 Sabunçu bazarında yanğın baş verdi - Video
12:28 Alkoqol 7 növ xərçəngə səbəb olurmuş
12:22 Vanqadan qalmaqallı proqnoz: İnsanlar bu il ilk dəfə yadplanetlilərlə tanış olacaq