hemle

Vasif Talıbov Ali Məclisin sessiyasını çağırdı

Tarix:28-12-2021, 11:53
Baxış Sayı:249

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasının çağırılması haqqında qərar imzalayıb.

Qərara əsasən, altıncı çağırış Ali Məclisin altıncı sessiyası 2021-ci il dekabr ayının 29-da saat 11:00-da Naxçıvan şəhərində çağırılıb.

Sessiyanın müzakirəsinə aşağıdakı məsələlər verilib:

1. 2021-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial - iqtisadi inkişafının yekunları

2. Naxçıvan Muxtar Respublikasının 2022-ci il dövlət büdcəsinin təsdiq edilməsi

3. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsinin təsdiq edilməsi

4. İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsinin təsdiq edilməsi

5. “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi

6. “Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi

7. “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi

8. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) hesabatı.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir