hemle

Vanqadan qalmaqallı proqnoz: İnsanlar bu il ilk dəfə yadplanetlilərlə tanış olacaq

Tarix:Bu gün, 12:22
Baxış Sayı:440

Dünyanın müxtəlif hadisələri ilə bağlı dəqiq proqnozları ilə tanınan bolqar mənşəli kor falçı Vanqanın 2025-ci ilə dair verdiyi növbəti proqnoz müzakirələrə səbəb olub.

1996-cı ildə vəfat edən Vanqa indiyə qədər 11 Sentyabr terror hücumları, Koronavirus pandemiyası və Barak Obamanın ABŞ prezidenti seçilməsi kimi hadisələri əvvəlcədən bildiyi iddiası ilə gündəmdə qalıb. Yeni iddiaya görə, o, 2025-ci ildə baş tutacaq böyük bir idman tədbiri zamanı bəşəriyyətin ilk dəfə olaraq yadplanetli varlıqlarla təmas quracağını bildirib.

Falçının sözlərinə əsasən, həmin tədbir zamanı göy üzündə qeyri-adi bir işıq peyda olacaq və bu işıq dünyanın müxtəlif yerlərindən görünəcək. Vanqanın vizyonunda, bu an UFO-nun (naməlum uçan obyektin) görünməsi ilə müşayiət olunacaq və bəşəriyyət ilk dəfə olaraq Yer kürəsindənkənar canlılarla üz-üzə gələcək.

Hadisənin hansı ölkədə və ya hansı idman tədbiri çərçivəsində baş verəcəyi ilə bağlı konkret məlumat olmasa da, bəzi versiyalara görə, bu parlaq işıq meteor yağışı, Şimal işıqları və ya 3 min işıq ili uzaqlıqdakı T Coronae Borealis adlı ulduzun partlaması - supernova - ilə əlaqəli ola bilər.

Qeyd edək ki, daha əvvəl bəzi sosial media istifadəçiləri bu hadisənin ABŞ-da keçirilən və dünyanın ən çox izlənilən idman tədbirlərindən biri olan "Super Bowl" zamanı baş verəcəyini ehtimal edirdilər. Lakin həmin tədbir zamanı gözlənilən heç bir qeyri-adi hadisə müşahidə olunmayıb.

Digər xəbərlər
12:52 Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq
12:49 Xərçəngi 10 günə öldürən vitamin açıqlandı
12:46 Sabunçu bazarında yanğın baş verdi - Video
12:28 Alkoqol 7 növ xərçəngə səbəb olurmuş
12:22 Vanqadan qalmaqallı proqnoz: İnsanlar bu il ilk dəfə yadplanetlilərlə tanış olacaq
12:16 25 ilə insanlar 1000 il yaşaya biləcək
12:11 Ekspert qlobal istiləşmənin əsas səbəbini AÇIQLADI
12:04 Yeni bir 11 sentyabr hücumu planlaşdırılır? - Gizli hesabat