"İnsanlar tərəfindən istifadə edilən istixanalar və oradan atmosferə buraxılan qazlar planetin istiləşməsinin əsas faktorudur. Bu, artıq qanunauyğunluqdur, insan fəaliyyəti ekologiyaya təbiətdə gedən proseslərdən daha çox təsir göstərir".
Bu sözləri Rusiya Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand deyib.
O, 2023-2024-cü illərdə qeydə alınan El Nino (Sakit okeanın səth sularının istiləşməsinə səbəb olan və nəticədə bütün planetin iqliminə əhəmiyyətli dərəcədə təsir edən təbii hadisə - red.) mərhələsinin 2025-ci ilin aprelində başa çatdığını və hələ payızın sonuna qədər bərpa olunmayacağını bildirib.
Mütəxəssis qeyd edib ki, beynəlxalq alimlər qrupu müəyyən edib ki, insanların yaratdığı iqlim dəyişikliyi səbəbindən təxminən 4 milyard insan - dünya əhalisinin təxminən 49%-i son bir ildə ən azı 30 gün qeyri-təbii istilərlə qarşılaşıb.