hemle

Yeni yaşayış massivində vətəndaşların köhnəlməyən istəkləri

Tarix:20-02-2024, 23:27
Baxış Sayı:2

Yeni yaşayış massivində vətəndaşların köhnəlməyən istəkləri

“Yaşadığımız yeni yaşayış massivində mavi yanacağın olmaması bizə xeyli çətinlik yaradır. Genişlənən ərazinin təbii qazla təmin olunmasında bizə köməklik etməyinizi xahiş edirik”. Bu sözləri Qobustan rayon sakini Nail Əhlimanov “Açıq mikrofon” aksiyası çərçivəsində vətəndaşlarla keçirilən görüş zamanı bildirib. Çelov kənd sakini Tapdıq Həsənovun müraciəti də küçə qaz xəttinin çəkilişi ilə bağlı olub. Ülvi Məmmədov isə ona məxsus fərdi yaşayış evinin qazlaşdırılmasını xahiş edib. Aksiyaya rayonun Sədəfli kəndindən üz tutan Vətən müharibəsi qəhrəmanının atası Arif Vəliyev regionlarda bu cür görüşlərin təşkil olunmasının vacibliyini qeyd edərək təşəkkürünü bildirib. O, ötən ilin dekabr ayında Sədəfli kəndində küçə qaz xətlərinin çəkilişi işlərinin də başa çatdığını qeyd edib. Görüş zamanı ünvanlanan bütün suallar SOCAR-ın “Azəriqaz” İB-nin məsul şəxsləri tərəfindən cavablandırılıb.

Digər xəbərlər
16:38 Evdə "Wi-Fi" istifadə edənlərin NƏZƏRİNƏ
16:33 KİV: Rusiya yaxın zamanlarda Kiyevdəki hökumət binalarını vura bilər
16:29 Rusiyanın uyğunsuzluq aşkarladığı sosiskalar Azərbaycana idxal olunub? - Rəsmi açıqlama
12:52 Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq
12:49 Xərçəngi 10 günə öldürən vitamin açıqlandı
12:46 Sabunçu bazarında yanğın baş verdi - Video
12:28 Alkoqol 7 növ xərçəngə səbəb olurmuş
12:22 Vanqadan qalmaqallı proqnoz: İnsanlar bu il ilk dəfə yadplanetlilərlə tanış olacaq