hemle

SOCAR-ın "Azəriqaz" İB-nin baş direktoru Ağdam rayonunda vətəndaş qəbulu keçirib

Tarix:18-04-2024, 19:00
Baxış Sayı:803

SOCAR-ın "Azəriqaz" İB-nin baş direktoru Ağdam rayonunda vətəndaş qəbulu keçirib

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Ağdam rayonunun Quzanlı qəsəbəsində vətəndaşlarla görüş keçirib. Qəbulda Birlik rəhbəri ilə yanaşı, qurumun Tərtər Regional qaz istismarı İdarəsinin məsul şəxsləri də iştirak ediblər. Görüşdə Ağdam, Ağcabədi, Goranboy, Bərdə, Tərtər, Füzuli, Beyləqan və Kürdəmir rayonlarından olan vətəndaşların problem və təklifləri dinlənilib. Müraciətlər zamanı əsasən yaşayış məntəqələrinə, yeni yaşayış massivlərinə, həmçinin kəndlərə küçə qaz xəttinin çəkilməsi, işə qəbul, qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı məsələlərə toxunulub. "Azəriqaz" İB-nin baş direktoru Azər Məmmədov qəbula üz tutan 52 vətəndaşı fərdi olaraq dinləyib və qaldırılan məsələlərin həlli istiqamətində sakinlərə köməklik göstərilməsi ilə bağlı Tərtər Regional qaz istismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıq verib. Birliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.






Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı