hemle

Rusiya bu ölkələrlə əməkdaşlığı dayandırdı: Səbəb nədir?

Tarix:Bu gün, 13:53
Baxış Sayı:441

Rusiya Federasiyası Hökuməti Norveç, İsveç və Finlandiya ilə Barents bölgəsində qarşılıqlı əlaqəni tənzimləyən müqavilələrə xitam vermək qərarına gəlib.

Qərarı baş nazir Mixail Mişustin təsdiqləyib.

“Rusiya Federasiyası Hökuməti, Norveç Krallığı Hökuməti, Finlandiya Respublikası Hökuməti və İsveç Krallığı Hökuməti arasında beynəlxalq Barents Katibliyinin yaradılması haqqında saziş ləğv edilsin”, - sənəddə deyilir.

Qeyd edək ki, söhbət 2007 və 2008-ci illərdə imzalanmış iki sazişin ləğvindən gedir. Birinci saziş Beynəlxalq Barents Katibliyinin yaradılması, ikincisi isə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında idi. Katiblik 15 noyabr 2007-ci ildə Finlandiyanın Rovaniemi şəhərində yaradılıb. Onun əsas məqsədi şimal ərazilərinin davamlı inkişafına kömək etmək və regional əməkdaşlığı gücləndirmək idi.

Xatırladaq ki, 2008-ci il dekabrın 11-də Moskvada imzalanmış ikinci saziş fövqəladə hallar zamanı Barents Avro-Arktika Şurasının (BEAC) üzv ölkələri arasında qarşılıqlı fəaliyyət prosedurunu müəyyən edib.

Rusiya Xarici İşlər Nazirliyi Şuranın fəaliyyətinin Qərb dövlətlərinin davranışı ilə çətinləşdiyinə diqqət çəkib. Bundan əlavə, Finlandiyanın sədrliyi Rusiyaya təhvil verməyə hazır olduğunu təsdiqləmədiyi, bunun rəhbərliyin dəyişməsi prinsipini pozduğu və hazırlıqlara mane olduğu qeyd edilib.

Bu günlərdə məlum olub ki, Rusiya ilə ABŞ arasında danışıqlar çətin dövr yaşayır. Prezident Tramp bildirib ki, yaxın həftələr və ya hətta günlər ərzində Ukraynadakı münaqişənin həllində “əhəmiyyətli irəliləyiş” əldə olunmasa, Vaşinqton kənara çəkilə bilər.

Eyni zamanda, Donald Tramp danışıqların dalana dirənəcəyi təqdirdə ABŞ-ın Ukraynaya hərbi dəstəyini davam etdirib-etdirməyəcəyi ilə bağlı açıqlama verməyib.

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ