hemle

Ermənilər təşvişdə: Cəbhədə vəziyyət gərginləşdi

Tarix:26-04-2020, 14:26
Baxış Sayı:791

Dağlıq Qarabağ terrorçularının yaratdığı qondarma rejim cəbhədə vəziyyətin “gərginləşməsindən” narahatlıqlarını gizlətməyiblər.

Axar.az erməni mediasına istinadla xəbər verir ki, separatçıların liderinin “müşaviri” Tiqran Abramyan bu həftə - 19-25 aprel tarixlərində qarşı tərəfdən irikalibrli silahlarla atəşkəsin 3500 dəfə pozulduğunu iddia edib.
“Mən sonuncu dəfə bu qədər böyük rəqəmin nə vaxt olduğunu xatırlamıram. Birmənalı olaraq deyirəm ki, cəbhədə vəziyyət gərginləşib”, - erməni “müşavir” bildirib.

O, həmçinin qeyd edib ki, Azərbaycanın PUA-ları və aviasiyası da cəbhə boyu uçuşlarını intensivləşdirib.
Abramyan təmas xəttində Azərbaycanın yeni mühəndis infrastrukturu inşa etdiyini də vurğulayaraq, qorxusunu açıq ifadə edib.

Xatırladaq ki, “təmas xətti” deyilən ərazilər Azərbaycan əraziləridir və bütün beynəlxalq sənədlərdə Dağlıq Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyü dəstəklənir.

Azərbaycan Ordusunun isə öz ərazisində istənilən addımı atmaq hüququ var.

Digər xəbərlər
22:20 Dünyanı gözləyən növbəti dəhşətli təhlükə
22:17 Prezident TƏSDİQLƏDİ - Azərbaycanda abidələrə vahid qaydada pasport veriləcək
22:15 Azərbaycandan getmək hüququ məhdudlaşdırılmış borclu şəxslərə SMS göndərilməsi qüvvəyə minib
22:11 Türkiyədə GÜCLÜ YANĞIN: çox sayda xəsarət alan var
22:07 “Azərbaycan tarixi xəritələrdə” - Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb
22:05 Ermənilər Qarabağda “parad” üçün silahları bu ölkədən gətiriblər - Məhkəmədə ETİRAF
22:02 Paşinyan Ərdoğana zəng etdi: Sülh müqaviləsini müzakirə etdilər
21:59 Emosional insanlarda təhlükəli xəstəlik riski var: XƏBƏRDARLIQ