hemle

Səfərbərlik Xidmətindən əhaliyə müraciət - VİDEO

Tarix:21-09-2020, 19:59
Baxış Sayı:578

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanuna əsasən, hərbi vəzifəlilər ehtiyatda olduqları planlı şəlildə hərbi təlimə çağırılırlar".

ATESH,AZ saytı xəbər verir ki, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi mayor Füzuli İsmayılov deyib.

Onun sözlərinə görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əsas vəzifəsindən biri olaraq ehtiyatda olan hərbi vəzifəlilərin bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün hərbi təlim toplanışına çağırılması bundan əvvəlki dövrlərdə də həyata keçirilib:

"Hazırda da ehtiyatda olan hərbi vəzifəlilərin hərbi təlim toplanışları həyata keçirilir və bu plan üzrə həyata keçirilir. Bir daha xatırladırıq ki, qanunvericiliyə əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilər çağırılıb və hərbi hissələrə yola salınıb.

Əhaliyə və ictimaiyyətə müraciət edirik ki, bu yola salınma hərbi təlim toplanışları ehtiyatda olan hərbi vəzifəlilərin çağırılması heç bir təşviş üçün əsas vermir. Bir daha qeyd edirik ki, bu təlim toplanışı plana uyğun şəkildə həyta keçirilir".
ATESH,AZ

Digər xəbərlər
22:06 Bakı ilə saziş imzalanmalı, ATƏT-in Minsk Qrupu buraxılmalıdır - Rəsmi İrəvan
22:05 Robotlar sınaqdan keçdi: Onlar indi insanlar qədər ağıllıdırlar
22:04 Yeni müharibəyə hazırlaşırlar: prosesə bu üç ölkə rəhbərlik edir
22:03 Ceyhun Bayrmaov Yvan Gillə görüşdü
22:03 Sağlamlıq Gecə yemək yeyənlərin diqqətinə: bu xəstəliyə tutula bilərsiniz
22:02 Ceyhun Bayramov venesuelalı həmkarı ilə müzakirələr apardı
22:01 Azərbaycanda zəlzələ oldu
11:07 Parkinson xəstəliyi ilə bağlı vacib məqam